Azərbaycanlı sosial şəbəkə istifadəçiləri İranda nəşr edilən kitabın türklərə qarşı aşağılayıcı ifadələrdən istifadə olunan hissəsinə diqqət çəkilər.
Gunaz.tv
Əbülhəsən Nəcəfinin müəllifi olduğu “farsca xalq deyimləri sözlüyü” kitabında türk sözünün “eyham vurmaq məqsədilə söz anlamayan şəxs” mənasında istifadə olunduğu yazılıb.
Nəcəfi Əli Xameneyinin qudası Qulaməli Həddad Adilə yaxın siamlardandır və onun rəhbərlik etdiyi Fars Dil Qurumunun üzvü olub.
Kitab 1999-cü ildə nəşr edilsə də sözügedən hissəsi azərbaycanlı gəncləri fars irqçiliyinin çirkin üzü ilə tanış etmək məqsədilə yenidən sosial şəbəkələrdə dərc edilib.
İran rejimi Güney Azərbaycan türklərinə qarşı apardığı assimilyasiya siyasətinin tərkib hissə olaraq bütün kütləvi informasiya vasitələri, televiziya filmləri, son vaxtlarda isə daha çox uşaq verilişlərində türk ləhcəsi ilə danışan aktyorlara mənfi rol verərək Azərbaycan türk millətini təhqir edir. Belə hadisələr son illərdə dəfələrlə azərbaycanlıların kütləvi etiraz aksiyalarına səbəb olub, lakin təhqirlərin ardı kəsilməyib.

Ü.F