İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06 16:11

İranda Novruz bayramı tətil günlərində koronavirusun geniş yayılması səbəbilə qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, bu gün Koronavirusla Mübarizə Milli Qərargahın iclasında çıxış edən İran prezidenti Həsən Ruhani məlumat yayıb.


Novruz bayramı ərəfəsində iri şəhərlərdə insanların küçə və meydanlara daha çox çıxmasının nigaranlığa səbəb olduğunu bildirən Ruhani deyib ki, ölkə əhalisi maska taxmağı unutmamalı, gigiyena qaydalarına riayət etməli və imkan daxilində öz alış-verişlərini internet vasitəsilə etməlidirlər: “Şəhərlərarası gediş-gəlişlər və səfərlərin artması ciddi və gerçək bir təhlükədir və buna yol vermək olmaz. 


Mövcud durumu nəzərə alaraq, hesab edirəm ki, ölkə vətəndaşları daha bir il müddətinə indiki məhdudiyyətlərlə yaşamalı, şəhərdə lazımsız gəliş-gedişləri azaltmalı, bir yerə toplaşmaqdan çəkinməli, maska taxmalı və gigiyena qaydalarına riayət etməlidirlər. 


Bundan başqa, koronavirusun geniş yayıldığı əyalət və şəhərlərdə ostandarlar, tibbi personal, “Bəsic” və “Sepah” səfərbər edilməli, xəstəliyin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət olunması işinə nəzarət etməlidirlər”, -deyə İran prezidenti Həsən Ruhani bu gün Koronavirusla Mübarizə Milli Qərargahın iclasında yeni qadağalarla bağlı etdiyi çıxışında bəyan edib.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı son məlumatına əsasən, hazırda virusun geniş yayılması səbəbilə Xuzistan əyalətinin 11 şəhəri qırmızı, digər əyalətlərin isə 32 şəhəri narıncı vəziyyətdədir.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb

2021-04-14

gun az article

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

2021-04-14

gun az article

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

2021-04-13

gun az article

Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA

2021-04-13

gun az article

“Bitcoin”in qiyməti fantastik dərəcədə artdı

2021-04-13

gun az article

Bayden Putinə üçüncü ölkədə görüş keçirməyi təklif edib

2021-04-13

gun az article

İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

2021-04-13

gun az article

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

2021-04-13

gun az article

Cəbrayıl rayonunun Sədi kəndi - VİDEO

2021-04-13

gun az article

Azərbaycan Prezidenti: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

2021-04-13

gun az article

Şoyqu: “ABŞ və NATO öz qoşunlarını Rusiya ilə sərhədə cəmləşdirir”

2021-04-13

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 34 nəfər vəfat edib

2021-04-13

gun az article

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”

2021-04-13

gun az article

Tehranda İranla Rusiya arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti haqda saziş imzalanıb

2021-04-13

gun az article

İrəvan meri Qarabağa qanunsuz səfər edib

2021-04-13

gun az article

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13

gun az article

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

2021-04-13

gun az article

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

2021-04-13

gun az article

Prezident İlham Əliyev: “Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi hərbi cinayətdir”

2021-04-13

gun az article

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb

2021-04-13