SON XƏBƏRLƏR

İranda ötən həftə ərzində 100-dən çox xristian həbs edilib

2021.10.20, 07:36
İranda ötən həftə ərzində 100-dən çox xristian həbs edilib

Gunaz.tv

GünAz TV: İranda rejimin xristian azlığa qarşı təzyiqləri davam edir. Ötən həftə ərzində ölkədə 100-dən çox xristian həbs edilib. Bu şəxslərdən bir çoxunun öz dinini dəyişərək, islamdan xristianlığa keçdikləri üçün həbs olunduğu deyilir.  

 

İngiltərədə fəaliyyət göstərən “Open Doors” adlı xeyriyyə təşkilatının məlumatına görə, həbs edilən şəxslər öz xristianlıq fəaliyyətləri barədə məlumat verməyə və bütün xristian qruplar ilə əlaqələri kəsməyə məcbur ediliblər.

 

İranda xristianların sayının təqribən 350.000 civarında olduğu bildirilir. Ölkə vətəndaşlarının islam dinindən imtina edərək, xristianlığa keçməsi ilə hər il bu rəqəm müəyyən qədər artır.

 

İranda xristianlarının ibadətinə icazə verilsə də, müsəlmanların öz dinini dəyişib, bu dinə keçməsi cinayət sayılır və bu hal baş verərsə, onları 10 il müddətində həbs cəzası gözləyir. İran rejimi ölkədə xristianlığın yayılmasına qorxu ilə yanaşır və bunu “xaricilərin təsiri” kimi qələmə verir. Bəzi qruplar isə ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsindən sonra ölkədə xristianlara qarşı münasibətin daha da pisləşdiyini bildirirlər.

 

Qeyd edək ki, hər zaman digər ölkələri müsəlmanların dini inancına hörmətlə yanaşmağa cağıran İran rejimi 1979-cu ildə islam inqilabının qələbəsindən günümüzə qədər xristianlara qarşı ayrı-seçkilik və repressiv siyasət həyata keçirir. İnqilabdan sonra Xomeyninin təzyiqlərindən sonra əksər xristianlar ölkəni tərk etməyə məcbur qalmışdılar. Hazırda da ölkədə xristianlar həbs edilir, onların ev kilsələri dağıdılır və müqəddəs kitabları olan Bibliya müsadirə edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar