SON XƏBƏRLƏR

İranda özünü öldürən qıza dəstək nümayiş etdirən aktrisanın saxlanmasına göstəriş verilib

2021.10.20, 07:36
İranda özünü öldürən qıza dəstək nümayiş etdirən aktrisanın saxlanmasına göstəriş verilib

Gunaz.tv

GünAz TV: İranlı kino və teatr aktrisası Səba Kamalinin “imam Hüseyni təhqir etmə” ittihamı ilə saxlanması barədə göstəriş verilib.

 

İran məhkəmə sistemi iddia edir ki, xanım Kamali Səhər Xudayariyə dəstək nüməyiş etdirdiyi qeyddə “imam Hüseyni təhqid edib” və buna görə də, onun istintaqa cəlb edilməsi üçün göstəriş verilib.

 

Xatırladaq ki, Səba Kamali öz “İnstagram” səhifəsində Səhər Xudayarinin yas məclisinə qatılacağını yazdığı qeydin “imam Hüseynlə fərzi dialoqdan bir hissə” başlığı altında paylaşmışdı. Bundan sonra ölkə rəsmiləri onun “şiələrin imamını təhqir etdiyini” iddia etmişdilər.

 

Aktrisa bundan sonra həmin postu silmişdi. O, daha sonra paylaşdığı postda “heç kimin dini inancını təhqir etmədiyini, belə başa düşülübsə, incitdiyi insanlardan üzr istədiyini” demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar