İranda “pis hicablılar”a qarşı mübarizə hava limanlarında da şiddətlənib

01.07.2019, 12:34

GünAz TV: İranda polis məcburi baş örtüyünə qarşı çıxanlara qarşı mübarizəni təkcə küçələrdə deyil, eləcə də hava limanında da şiddətləndirib.

 

İran Hava Limanları Polis İdarəsinin rəisi Həsən Mehri bildirib ki, polislər geyimləri “Qərb geyim formasını təbliğ edən” şəxslərə qarşı qanunun tələb etdiyi formada davranacaqlar.

 

Həsən Mehri əlavə edib ki, “hicabını açanlar” aşkar edildiyi təqdirdə, onların xaricə səfəri yarımçıq qalacaq. Həmin qadınlar polisə təhvil veriləcək və barələrində cinayət işi başladılacaq.

 

Qeyd etmək lazımdır ki, İranda məcburi hicaba qarşı olanlarla mübarizə uzun illərdir davam edir. Son aylar ərzində isə bu mübarizə şiddətlənib.

 

Əksər hallarda İran polisi “pis hicablı” və ya “hicabsız” adlandırdığı qadınlara qarşı zorakı davranır və bu, insanlar arasında hiddətə səbəb olur.

 

Bir neçə gün öncə Tehranın polis parkında eyni səbəbdən 2 kişi polisin bir qadını döyməsiylə bağlı yayılan görüntülər də böyük qəzəbə səbəb olmuşdu.

 

Digər tərəfdən, yerli media orqanlarında yayılan bəzi xəbərlərə əsasən, Bəsic və İranın müxtəlif güc strukturları insanlara mesaj göndərərək, onlardan “hicabsız qadınları” gördükləri halda, lazımi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına xəbər vermələrini istəyiblər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tehranda "Sepah" zabiti güllələndi

2022-05-22

gun az article

Kərəc xəstəxanasında partlayış: Ölən və yaralananlar var

2022-05-22

gun az article

Pentaqon Rusiya ilə toqquşma ehtimalının artdığını açıqlayıb

2022-05-22

gun az article

Rusiya sərhəddə “İsgəndər” yerləşdirdi

2022-05-22

gun az article

Səlcuk Bayraktar: “Təyyarələrdən sonra tezliklə "TEKNOFEST Azərbaycan"a gələcəyik"

2022-05-22

gun az article

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb

2022-05-21

gun az article

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir

2022-05-21

gun az article

Şərqi Gürcüstan müftisi: "Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq"

2022-05-21

gun az article

"Xalqın səsini eşidin"- Sünni cümə imamı İran hökumətinə səsləndi

2022-05-21

gun az article

Zahidan zindanında daha bir məhkum edam edilib

2022-05-21

gun az article

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022-05-21

gun az article

"İrana qarşı sanksiyalar razılıq əldə olunana qədər qüvvədə qalacaq"-Ağ Ev

2022-05-21

gun az article

Bayden Azərbaycan Prezidentini təbrik edib

2022-05-21

gun az article

Pentaqon: ABŞ Ukraynaya uzaqvuran silah əldə etməyə kömək edir

2022-05-21

gun az article

Məşhədin cümə imamı hicabsızlara qarşı sərt davranmağa çağırıb

2022-05-21

gun az article

İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

2022-05-21

gun az article

"İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"-Human Rights Watch

2022-05-21

gun az article

SEPAH-ın hərbi texnikası partlayıb

2022-05-21

gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20