SON XƏBƏRLƏR

İranda polis iki azyaşlı uşağı güllələyərək öldürüb

2021.10.20, 07:36
İranda polis iki azyaşlı uşağı güllələyərək öldürüb

Gunaz.tv

GünAz TV: İranın Komican rayonunda polisin avtomobili atəşə tutması nəticəsində iki azyaşlı uşaq ölüb.

 

Rayon polis idarəsinin yaydığı bəyanata əsasən, Fərahan rayonunda elektrik naqillərinin oğurlanması ilə bağlı onlara məlumat daxil olub. Bundan sonra oğruların idarə etdikləri avtomobil müəyyən edilib. Bir müddət təqibdən və xəbərdarıq atəşindən sonra oğruların olduğu iddia edilən avtomobil dayanmayıb. Bunda sonra polis maşını atəşə tutub və nəticədə maşında olan sürücünün 2 azyaşlı övladı aldıqları güllə yaralarından ölüb.

 

Qeyd etmək lazımdır ki, İran polisi tez-tez müxtəlif bölgələrdə yerli əhalini atəşə tutaraq öldürür. Bir neçə gün öncə də Sistan və Bəlucistan əyalətində sürücülük vəsiqəsi olmadığına görə qaçan cavanı İran polisi atəş açaraq öldürmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar