SON XƏBƏRLƏR

İranda qadın hüquqlarına daha bir zərbə …

2021.10.20, 07:36
İranda qadın hüquqlarına daha bir zərbə …

Gunaz.tv

GünAzTv: İranda qadınlarla kişilərin birgə qonaqlıqlarına, gecə kampaniyalarına qadağa sərtləşdirilib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Tehran təhlükəsizlik polisinin rəisi polkovnik Əlirza Mehrabi yanvarın 7-də jurnalistlərə açıqlamasında son günlər 5 qadın-kişi qonaqlığını dağıtdıqlarını, onlarla gənc qız və oğlanı tutduqlarını bildirib: “Qız və oğlanların birgə qatıldığı, şəriət qaydalarına riayət edilməyən qonaqlıqların, gecə kampaniyalarının keçirilməsi qadağandır. Əhali belə qonaqlıqların keçirildiyini görən kimi polisə zəng vurub xəbər verə bilər.

Bu qonaqlıqlarda alkoqollu içkilərdən, bəzən isə narkotik maddələrdən istifadə olunur. Ailələr öz övladlarına nəzarət etməli, ayıq-sayıq olmalıdır. Polis də bundan sonra bu kimi qonaqlıqlara və onlara qatılan şəxslərə qarşı daha sərt tədbirlər görəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar