SON XƏBƏRLƏR

İranda Qasım Süleymaniyə hazırlanan əcaib heykəl məsxərə obyektinə çevrilib- FOTO

2021.10.20, 07:36
İranda Qasım Süleymaniyə hazırlanan əcaib heykəl məsxərə obyektinə çevrilib- FOTO

Gunaz.tv

GünAz TV: İranda "Sepah" terror təşkilatının "Qüds Briqadası"nın öldürülmüş komandanı Qasım Süleymaniyə qoyulan qəribə heykəl gülüş obyektinə çevrilib.

 

Rəsul Babayi adlı şəxs tərəfindən hazırlanan heykəl Bəndəre-Ənzəli şəhərində qoyulub. İranda insanlar uzunluğu 7 metr olan heykəli aşağı keyfiyyətdə hazırlanması və görünüşünə görə ələ salıblar. Heykəltəraş isə işinin bəzi ölkələrdə də maraq doğurduğunu iddia edib.

 

 

"Suriya və Livandan heykəli onlara göndərməyim üçün mənə təkliflər edilib. Lakin mən bu heykəli Gilanda saxlamaq niyyətindəyəm", - deyə heykəltəraş Rəsul Babayi əlavə edib.

 

Sosial şəbəkələrdə sürətlə yayılan bu foto insanların gülüş obyektinə çevrilib. Bəziləri heykəltəraşın Qasım Süleymaninin heykəlini şalvarsız formada hazırlamasını ələ salıb, digər qrup isə onun bu "əsər"lə Süleymanini təhqir ya təqdir etmək niyyətinin məlum olmadığını deyiblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar