SON XƏBƏRLƏR

İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

2021.10.20, 07:36
İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

Gunaz.tv

GünAzTV: Üç gün əvvəl İranda qəzaya uğramış “Aseman Airlines ” aviaşirkətinə məxsus “ATR-72” tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.

 

İran saytlarının yaydığı xəbərə görə, təyyarə qalıqlarının bir hissəsinin tapılması, bölgədə üç gün axtarış aparılmasından sonra mümkün olub. Bildirilir ki, 66 sərnişin və heyət üzvündən 32-sinin cəsədləri aşkarlanıb. Qeyd olunur ki, tapılan cəsədlərdən bəzilərinin kimliyini müəyyənləşdirmək mümkün deyil və hazırda digər cəsədlərin tapılması üçün bölgədə axtarış işləri aparılır.

 

Hadisənin dağlıq ərazidə baş verməsi və hava şəraitin kəskin pis olması ucbatından axtarışın ləng getdiyi vurğulanır.

 

Xatırladaq ki, təyyarə qəzası fevralın 18-i, sübh saatlarında baş verib. Yerli vaxtla səhər saat 08.00-da paytaxt Tehrandan “Kohkiluye və Boyer Əhməd” əyalətinin Yasuc şəhərinə uçan təyyarə, havaya qalxandan 50 dəqiqə sonra İsfahan əyalətinin Səmirom şəhəri yaxınlığında qəzaya uğrayıb. Yayılan məlumatlarda bildirilir ki, sərnişin təyyarəsi, Bidə kəndi yaxınlığında yerləşən Dena dağına çırpılıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar