SON XƏBƏRLƏR

İranda qəzaya uğramış Türkiyə təyyarəsinin bütün sərnişinləri qızlardır, ölənlərdən biri, türk iş adamının qızıdır - FOTOLAR

2021.10.20, 07:36
İranda qəzaya uğramış Türkiyə təyyarəsinin bütün sərnişinləri qızlardır, ölənlərdən biri, türk iş adamının qızıdır - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda qəzaya uğramış Türkiyə təyyarəsinin 8 sərnişini və 3 heyət üzvü gənc xanımlardır. Hadisədə ölənlərdən biri, məşhur türk iş adamı, “Başaran Holding”in sahibi, Hüseyn Başaranın 28 yaşlı qızı Mina Başarandır.

 

Yayılan məlumata əsasən, üç gün əvvəl İstanbulda təyyarəyə minərkən şəkilini çəkdirib sosial şəbəkələrdə paylaşan Mina Başaran, rəfiqələri ilə birlikdə istirahət və gəzinti məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə gedibmiş. Bildirilir ki, onun, yaxın vaxtlarda toyu olacaqmış.

 

İran Aviasiya Təşkilatı sözçüsünün bildirdiyinə görə, qəzaya, təyyarənin motorunda baş verən yanğın səbəb olub. O, təyyarənin qara qutusunun tapıldığını və hazırda ondakı məlumatları öyrənməyə çalışdıqlarını açıqlayıb.

 

Həmçinin, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi, olayla bağlı jurnalistlərə açıqlamasında deyib ki, bütün sərnişinlərin cəsədi param-parça olaraq yanıb və onların kimliyini yalnız DNK yolu ilə müəyyənləşdirmək mümkündür.

 

 

Türkiyəyənin “CL604- Bombardier” tipli təyyarəsi, martın 11-i yerli vaxtla axşam saat 18:50 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrikürd şəhəri yaxınlığında baş verib. Şarcə-İstanbul reysi üzrə uçan təyyarə, İran səmasında radardan itəndən az sonra Durək kəndi yaxınlığındakı dağa çırpılaraq partlayıb.

 

                         Mina Başaran rəfiqələri ilə birlikdə

 

 

              Türk iş adamı Hüseyn Başaran, qızı Mina Başaranla birlikdə

 

                                                       Mina Başaran

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar