SON XƏBƏRLƏR

İranda rejimə qarşı keçirilən son etirazlarda tutulan daha 1 aksiyaçı işgəncələr altında öldürülüb

2021.10.20, 07:36
İranda rejimə qarşı keçirilən son etirazlarda tutulan daha 1 aksiyaçı işgəncələr altında öldürülüb

Gunaz.tv

GünAzTV: İranda hakim molla rejiminə qarşı keçirilən son kütləvi xalq etirazlarında tutulan daha 1 aksiyaçı işgəncələr altında öldürülüb. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir ay əvvəl İranın Kirmanşah şəhərində hakimiyyətə qarşı keçirilən etirazlarda yerli təhlükəsizlik qüvvələri tərəfindən tutulan dinc aksiyaçı Xalid Qeysəri, yanvarın 29-da saxlandığı həbsxanasında işgəncələr altında dindirilərkən öldürülüb. Bildirilir ki, aksiyaçının cənazəsini valideynlərinə təhvil verən ETTELAAT əməkdaşları, onun narkotik maddə qəbul etdiyinə görə öldüyünü iddia ediblər. Cənazənin üzərində açıq-aşkar işgəncə əlamətlərini görən valideynlər, övladlarının narkoman olmadığını bildirib eiraza başlasalar da, təhlükəsizlik qüvvələrinin təhdidi ilə üzləşərək, meyiti səssiz-səmirsiz şəhər qəbiristanlığında basırmaq məcburiyyətində qalıblar.

 

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

 

 

Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar