İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05 12:37

İranda iki il əvvəl rejimə qarşı keçirilən kütləvi xalq etirazlarında həbs edilən gənc aksiyaçı Mustafa Salehi edam edilib. Bu barədə, İran Məhkəmə Sistemi bu gün məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bildirilir ki, 2018-ci ilin yanvar ayında İsfahan əyalətinin Nəcəfabad bölgəsində yerləşən Kərizsəng şəhərciyində keçirilən etirazlarda həbs edilən və etirazlar zamanı ov tüfəngi ilə atəş açaraq Səccad Şahsənayi adlı “Sepah”çının qətlində günahlandırılan  Mustafa Salehi bu gün sübh saatlarında dara çəkilib. 


Qeyd edilir ki, keçirilən yarım saatlıq məhkəmə iclasında vəkildən məhrun edilən Mustafa Salehi barəsində irəli sürülmüş qətl ittihamını rədd etsə də, hakim Muradəli Nəcəfpurun sədrliyi ilə keçirilən məhkəmə gənc etirazçını edama məhkum etmişdi. 


Mustafa Salehinin hansı şəhərin zindanında edam edildiyi barədə hər hansı bir məlumat yayılmayıb. 


 Xatırladaq ki, 2018-ci ilin dekabr, yanvar və fevral aylarında keçirilən və İslam inqilabının 40-cı ildönümünə təsadüf edən aksiyalarda, İranın 100-dən çox şəhərində hakimiyyətə və “dini” lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilmişdi.


“Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanan xalq etirazları, az sonra daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlmişdi.


Çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilmiş, onların hakimiyyətdən getməsi tələb olunmuşdu. Etirazlarda, ən azı 25 nəfər öldürülmüş, onlarla aksiyaçı yaralanmış, 5000-ə yaxın insan həbs edilmişdi. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülmüşdü. 


 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 211 nəfər koronavirusdan vəfat edib, 3825 nəfər xəstəliyə yoluxub

2020-10-01

gun az article

Sistan və Bəlucistanda daha 1 İran sərhədçisi həlak olub

2020-10-01

gun az article

Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb

2020-10-01

gun az article

Ermənilər yenidən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur

2020-10-01

gun az article

İranda dolların məzənnəsi 30 min tüməni keçib

2020-10-01

gun az article

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib- SƏNƏDLƏR

2020-09-30

gun az article

Həsən Ruhani Nikol Paşinyana zəng edib: “Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün kostruktiv rol oynamağa hazırıq”

2020-09-30

gun az article

Ərəbistan dünya ictimaiyyətindən İrana qarşı ciddi tədbirlər görməsini istəyib

2020-09-30

gun az article

Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

2020-09-30

gun az article

İranlı deputat: “Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırıq”

2020-09-30

gun az article

İranda koronavirusdan ölənlərin sayı 26 000 nəfəri keçib

2020-09-30

gun az article

Sistan-Bəlucistanda baş verən silahlı hücumda 3 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

2020-09-30

gun az article

İranda daha 207 nəfər koronavirusdan ölüb, 3677 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-29

gun az article

Əli Rəbii: İran, Türkiyə və Rusiya iki qonşu ölkəyə öz ixtilaflarını BMT qətnamələri çərçivəsində həll etməyə yardım edə bilərlər”

2020-09-29

gun az article

İran rejiminin rəsmisi bu ölkə ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

2020-09-29

gun az article

İran Xarici İşlər Nazirliyi ölkə ərazisindən Ermənistana silah-sursat daşınmasını təkzib edib

2020-09-29

gun az article

İranda yeni Sənaye, Mədən və Ticarət naziri təyin edilib

2020-09-29

gun az article

Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”

2020-09-29

gun az article

İranın İsfahan əyalətində 4.7 bal gücündə zəlzələ olub

2020-09-29

gun az article

İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28