SON XƏBƏRLƏR

İranda sabiq "Sepah" komandanlarından biri koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda sabiq "Sepah" komandanlarından biri koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin sabiq komandanlarından olan Fərzad Təzərri bu gün koronavirusdan ölüb.

 

"Sepah"a bağlı media orqanlarının məlumatlarına əsasən, o, bu gün səhər saatlarında Tehranın Bəqiyyətullah xəstəxanasında keçinib.

 

Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitlərindən olan Fərzad Təzərri həmçinin "Sepah"ın Siyasi İdarəsinin rəhbərinin müavini kimi vəzifələrdə də çalışıb.

 

Qeyd etmək lazımdır ki, koronavirusdan İranda bu günə qədər bir neçə rəsmi ölüb. Bu gün həmçinin sabiq deputat Məhəmmədrza Rahçəməni də sözügedən epidemiyadan Tehranın Məsih Daneşvər xəstəxanasında keçinib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar