SON XƏBƏRLƏR

İranda sel nəticəsində 730-dan çox tarixi abidəyə zərər dəyib

2021.10.20, 07:36
İranda sel nəticəsində 730-dan çox tarixi abidəyə zərər dəyib

Gunaz.tv

GünAz TV: Mədəni Miras Təşkilatının sədr müavini Məhəmmədhəsən Talibiyan mart ayının sonlarına yaxın İranın 25 vilayətində baş vermiş və təqribən 1 ay davam etmiş sel nəticəsində ümumilikdə 730-dan çox abidənin ciddi zərər gördüyünü deyib.

 

Onun sözlərinə görə, təşkilatın rəsmiləri hər bir abidə ilə yerində tanış olublar.

 

“Xüsusən su hövzələri ətrafında yerləşən abidələrə ciddi zərər dəyib və onların bərpasını təkcə Mədəni Miras Təşkilatının təşkil etməsi mümkün deyil. Bu sahədə digər qurumların köməyinə də ehtiyacımız var. Dəymiş zərərin miqdarı təqribən 380 milyard tüməndir”- deyə Talibiyan əlavə edib.

 

Mədəni Miras Təşkilatının rəsmisi həmçinin Persopolis də daxil olmaqla, bir çox abidəyə dəymiş zərərin aradan qaldırılması üçün İtaliya və digər Avropa ölkələrindən mütəxəssislərin dəvət olunduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, İranda Novruz bayramı ərəfəsində başlayan və təqribən 1 ay davam edən daşqınlar nəticəsində azı 76 nəfər ölüb, zirsaxtlara və iqtisadiyyata milyardlarla dollar ziyan dəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar