SON XƏBƏRLƏR

İranda sel qurbanlarının sayı 57 nəfərə çatıb. Poldoxtər şəhərində bir neçə körpü və yüzlərlə ev dağılıb - FOTOLAR, VIDEOLAR

2021.10.20, 07:36
İranda sel qurbanlarının sayı 57 nəfərə çatıb. Poldoxtər şəhərində bir neçə körpü və yüzlərlə ev dağılıb - FOTOLAR, VIDEOLAR

Gunaz.tv

GünazTV: İranda iki həftədən çoxdur intensiv yağışlar nətəcəsində baş verən güclü daşqın və seldə ölənlərin sayı artaraq, 57 nəfərə çatıb. Bu barədə, İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi aprelin 2-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, aprelin 2-də İranın Loristan və Kürdüstan əyalətlərində ən azı daha 5 nəfər selin qurbanına çevrilib: “Ölkənin müxtəlif əyalət və bölgələrində seldə ölənlərin ümumi sayı artıq 57 nəfərə, xəsarət alanların sayı isə 478 nəfərə çatıb” – deyə Muctaba Xalidi əlavə edib.

 

Həmçinin Loristan əyalətinin Poldoxtər şəhərinə səfər edən “Sepah”ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur bölgədəki vəziyyətlə bağlı telefonla mərkəzə verdiyi raportunda yüzlərlə kənd yollarının bağlandığını və əhaliyə helikopter vasitəsilə qida çatdırılmasından danışıb: “Vəziyyət həddən artıq ağır və acınacaqlıdır. Yerli əhali üsyan həddinə gəlib çatıb. Əhalinin durumu çox pis və acınacaqlıdır. Heç bir dövlət rəsmisi buraya səfər etməyə cürət etmir. Dəhşətli bir durumdur. Mən özüm də əhalinin əlindən güclə qurtula bildim”- deyə Məhəmməd Pakpur vurğulayıb.

 

Bundan başqa Loristanın Kuhdəşt şəhərindən ölkə parlamentinə seçilmiş deputat Allahyar Məlikşahi, aprelin 2-də mediaya açıqlamasında bu şəhərdə daha 2 nəfərin seldə boğulduğu barədə məlumat verib. Onun dediyinə görə, bölgədə bütün evləri su basıb.

 

 

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 57 nəfər həlak olub, 500-ə yaxın insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

"Sepah"ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar