SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

2021.10.20, 07:36
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv

GünazTV: Tehranda “İran Air” aviasiya şirkətinə məxsus “Fokker-100” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə, martın 19-u yerli vaxtla axşam saat 21:00-da Tehranın Mehrabad hava limanında baş verib.

 

İranın Qeşm adasından Tehrana uçan, göyərtəsində 29 sərnişin daşıyan təyyarə, hava limanında yerə enərkən onun arxa təkərlərində nasazlıq yaranıb. Təcrübəli pilot, təkərləri tam açılmayan təyyarəni güclə yerə endirsə də, təyyarədə yanğın baş verib.

 

İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muxctaba Xalidi jurnalistlərə açıqlamasında qəzada hər hansı bir insan tələfatının olmadığını bildirib: “Təyyarə uçuş-eniş zolağında yerə enən kimi yanmağa başlayıb. Lakin yanqınsöndürənlər  yanqını tez bir zamanda söndürə bildilər. Xoşbəxtlikdən bütün sərnişinlər sağ-salamatdır və onlar arasında hər hansı bir xəsarət alan yoxdur”-deyə o vurğulayıb.

 

 

Qeyd edək ki, İranın əksər sərnişin təyyarələri artıq çoxdan sıradan çıxmış və bəzən 70-ci illərdə keçmiş şah hakimiyyəti dövründə Qərb ölkələrindən alınmış köhnə təyyarələrdir. Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə, İran Qərb ölkələrindən yeni təyyarələr və ya onların ehtiyat hissələrini ala bilmir. Nəticədə, son aylar İranda təyyarə qəzalarının sayı xeyli dərəcədə artıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar