SON XƏBƏRLƏR

İranda silahlı quldurluqda və qətldə günahlandırılan iki qardaş ictimaiyyət qarşısında dara çəkilib -FOTOLAR

2021.10.20, 07:36
İranda silahlı quldurluqda və qətldə günahlandırılan iki qardaş ictimaiyyət qarşısında dara çəkilib -FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda silahlı quldurluqda və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

Bildirilir ki, bir-biri ilə doğma qardaş olan müttəhim, 2017-ci ilin sentyabr ayında, İranın Doqonbədan şəhərində bir qızıl mağazasına silahlı basqın etmişdilər. Basqın nəticəsində, mağazanın iki sahibi quldurların odlu siladan açdığı atəş nəticəsində yerindəcə həlak olmuş, bir nəfər yaralanmışdı. Törətdikləri cinayətdən üç ay sonra yaxalanan qardaşlar, silahlı quldurluqda və qəsdən adamöldürmədə günahlandırılaraq edama məhkum edilmişdi.

 

Adları mediaya açıqlanmayan qardaşlar, martın 15-i, sübh saatlarında İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Doqonbədan şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar