SON XƏBƏRLƏR

İranda “Şimali İsfahan” adlı yeni bir əyalətin yaranmasının təfərrüatı açıqlanıb

2021.10.20, 07:36
 İranda “Şimali İsfahan” adlı yeni bir əyalətin yaranmasının təfərrüatı açıqlanıb

Gunaz.tv

GünazTV: İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi martın 15-də jurnalistlərə açıqlamasında ölkədə “Şimali İsfahan” adlı yeni bir əyalətin yaranmasının təfərrüatını açıqlayıb.

 

Deputat bildirib ki, parlamentə təqdim edilən bir plana əsasən, İsfahan əyalətinin Xor və Biyabanək, Ərdistan, Kaşan, Aran və Bidqol, eləcə də Nətənz və Meymə şəhərləri bu əyalətdən ayrılaraq, yeni yaradılacaq Şimali İsfahan əyalətinin tərkibinə daxil ediləcək: “Bizim ölkədə bəzi əyalətlər çox böyükdür. Biz, Xorasan əyalətinin üç əyalətə bölünməsi təcrübəsindən istifadə edərək, həmin bu əyalətləri iki və ya üç əyalətə bölə bilərik. Məqsəd isə regional müvazinətin təmin edilməsinə və inkişafa nail olmaqdır.

 

Hesab edirəm ki, Sistan-Bəlucistan, Kirman, Fars və İsfahan əyalətləri də bu təcrübədən istifadə edə bilərlər. Belə ki, Sistan-Bəlucistan 3, Kirman, Fars və İsfahan əyalətlərinin hər biri isə iki əyalətə bölünə bilərlər. Bu işin ən böyük xeyri də insanlara çata bilər. Çünki, əyalətlərin kiçildilməsi ilə ostandar (vali) ona tapşırılan vəzifəni layiqincə yerinə yetirə, əyalətin işlərinə yaxşı baxa bilər. Bundan başqa hər əyalətin də öz büdcəsi olacaq.

 

Xatırladaq ki, İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Rəhimi martın 11-də jurnalistlərə açıqlamasında “Şimali İsfahan” əyalətinin yaradılması ilə bağlı planının parlamentə təqdim edildiyini bildirmişdi. İran parlamentinin digər deputatı Hüseyn Mirzaiyan isə mediaya açıqlamasında yerli əhalinin yeni əyalətin yaradılması ilə bağlı istəyindən danışımışdı: “Kaşan, Nətənz, Badrud və Ərdistan əhalisinin arzularından biri “Şimali İsfahan” və ya “Kaşan” adlı yeni və müstəqil bir əyalətin yaranmasıdır” – deyə deputat vurğulamışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar