SON XƏBƏRLƏR

İranda siyasi böhran dərinləşir

2021.10.20, 07:36
İranda siyasi böhran dərinləşir

Gunaz.tv
GünAzTv: İranda Milli Etimad Partiyası indiki böhrandan çıxış üçün təkliflər paketi hazırlayıb. Partiya bu haqda bəyanat verərək ölkənin qarmaqarışıq durumunun səbəblərinə işarə edərək vəziyyətdən çıxış yollarını da təqdim edib. Partiya hakimiyyətdən referandum keçirməyi və bununlada xalqın əsas istəkləri haqda məlumat toplamağı təklif edib. Xatırladaq ki, partiyanın başqanı onuncu prezident seçkilərində namizəd kimi iştirak edən Mehdi Kərrubidir. Seçkilərdən sonra bu partiya bir çox məhdudiyyətlərlə üzləşmişdir. Partiyanın qərargahı və onun orqanı olan Etimadi Milli qəzeti bağlanıb. Partiyanın yüksək səviyyəli üzvləri isə həbs olunub. Etimadi Millinin bu bəyanatı İnqilabın 31-ci il dönümü ərəfəsində verilir. Bəyanatda inqilabın hədəfləri və tələbləri sadalanaraq bildirilir ki, bu hədəflər getdikcə uzaqlaşır və İranın indiki hakimiyyətinin tutduğu siyasət bu hədəflərdən çox çox uzaqdır. İnqilabın ildönümü günü yaxınlaşdıqca hakimiyyət təzyiqləri də artırmağa başlayıb. Müxaliflərin bildirdiyinə görə hakimiyyət internet şəbəkəsində problemlər yaratmaqla əhalinin informasiya əldə etmə hüququnu tam məhdudlaşdırır. Hakimiyyət orqanları internetdə problemin olmasını etiraf etsələr də bunu texniki səbəblərlə əlaqələndiriblər. Rabitə nazirinin verdiyi məlumata görə bu texniki problem 1 həftə sonra aradan qaldırılacaq. Rabitə naziri Təqipur həmçinin SMS-lərin göndərilməsində yaranan problemlərə də toxunaraq bildirib ki, əvvəllər SMS göndərməkdə işlədilən aparat xarici ölkələrdə istehsal olunurdu. İndi daxildə belə aparatlar istehsal olunur və yaranan problemlər isə bu aparatların dəyişdirilməsi ilə bağlıdır. İran güc strukturları da 22 bəhmən günü münasibəti ilə tam hazır vəziyyətə gətirilib. İnformasiya sahələri, internet, qəzet, jurnal və digər mənbələr diqqətlə yoxlanılır. Nəzarət bu sahələrə güclənilib. Polis və xususi təyinatlı qüvvələr tam hazır durumdadır. Bu arada yenə bir çox jurnalist və yazar həbs olunub. İnqilabın ildönümü yaxınlaşdıqca təkcə siyasi yazar və jurnalislər deyil hətta mədəni sahələr üzrə fəaliyyət göstərən qələm sahibləri də həbslərə məruz qalıb. İsalahatçıların saytlarının və xəbər mənbələrinin verdiyi məlumatlara əsasən, son günlərdə jurnalistlərə, yazıçılara və insan haqları müdafiəçilərinə təzyiqlər artırılıb və onlarla bu sahələrdə çalışan vətəndaş həbs olunub. Müxaliflər geniş mitinqlərə hazırlaşdığı bir zamanda, İran dövlət televiziyası İran İnqilabının banisi Ayətullah Xomeyninin çıxışının lent yazısını yayımalyaraq müxaliflərə qarşı onun qəddar düşüncələrini göstərib. “Şaxes” adlı verlişdə Xomeyninin müxaliflərlə sərt davranmaq barədə sözlərini yayımlayaraq, indiki müxaliflərə mesaj veriblər. Göründüyü kimi, prezident seçkisi ilə başlayan rejimdaxili gərginlik azalmaq bilmir. Hakimiyyətin müxalifləri sərt metodlarla susdurmaq təşəbbüsləri müxaliflərin ikiprinsipli cavabları ilə müşaiyət olunur. Müxaliflər bir yandan hakimiyyəti gərginliyi azaltmağa çağırır, digər yandan isə mübarizəyə də hazır olduğunu nümayiş etdirməyə çalışır. Hakimiyyət isə hələ ki, ortaq məxrəc təşəbbüsləriunə yanaşmır və metodlarını sərtləşdirir. Bu da öz növbəsində ölkədaxili gərginliyin azalması üçün yaxşı heç nə vəd etmir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar