SON XƏBƏRLƏR

İranda son etirazlar zamanı həbs edilənlərdən biri azadlığa buraxılandan 24 saat sonra ölüb

2021.10.20, 07:36
İranda son etirazlar zamanı həbs edilənlərdən biri azadlığa buraxılandan 24 saat sonra ölüb

Gunaz.tv

GünAz TV: İranda noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilmiş etiraz aksiyalarında həbs edilən keçmiş tələbə fəal Həmid Nəzəri azadlığa buraxılandan 24 saat sonra ürək tutmasından ölüb.

 

Fəal azad edildikdən sonra ailəsinə bildirib ki, həbsxanada ona naməlum iynələr vurublar. Ailəsi onun öncələr heç bir tibbi problemi və ürək xəstəliyi olmadığını deyir.

 

Xatırladaq ki, Reuters agentliyi bir neçə gün öncə noyabr etirazları zamanı təhlükəsizlik qüvvələrinin azı 1500 nəfəri qətlə yetirdiyi barədə ətraflı xəbər hazırlamışdı. İran rəsmiləri 40 gündən çox müddət keçməsinə baxmayaraq, hələ də ölən, yaralanan və tutulanlarla bağlı rəsmi statistika yaymır.

 

Eləcə də, həbs edilənlərdən bir çoxunun harada və necə saxlandıqları barədə məlumat yoxdur. Tutulanlardan bir çoxunun ailələri bildirirlər ki, vəkil tutsalar da, məhkəmələr vəkillərə vəkalətnamə imzalamağa və cinayət işi ilə tanış olmağa icazə vermir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar