SON XƏBƏRLƏR

İranda türklərin təhqir olunmasının səbəblərini araşdıran kitabı buradan yüklə bilərsiniz

2021.10.20, 07:36
İranda türklərin təhqir olunmasının səbəblərini araşdıran kitabı buradan yüklə bilərsiniz

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Abbas Məlekinin “fars və türk qövmlərinin klassik epik əsərlərinin sosioloji tədqiqi” adlı kitabı nəşr olunub.

 

Kitabda fars millətinə mənsub bir çox insanın türklərə qarşı düşmənçilik mövqedə olması, həmçinin türklərin sistemli şəkildə onlar tərəfindən təhqir edilməsinin səbəblərindən bəhs olunur.

 

“Nistan” nəşriyyatı tərəfindən çap olunan kitab fars və türk millətlərinin klassik epik əsərləri, yəni Dədə Qurqud və Firdovsinin Şahnamə əsərlərinə istinadən qələmə alınıb.

 

Əsərin müəllifi Abbas Məleki, kitabı hansı səbəbdən yazdığını Facebook səhifəsində açıqlayıb.

 

“Bildiyiniz kimi, 2016-cı ilin yaz fəslində Mana Nistani “İran” dövlət qəzetində dərc etdiyi karikaturda türkləri böcəyə bənzədərək farsların nəcisindən qidalandıqlarını təsvir etmişdir. Bundan sonra universitetlərdə etirazlar başladı, etiraz aksiyası bütün Azərbaycan şəhərləri, hətta Tehran və Kərəci də bürüdü. Etirazlar zamanı təkcə Ərdəbildə təxminən 40 bankın binası yandırıldı, Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Sulduz və Meşginşəhrdə 35 gənc hökumətin snayperlərinin açdığı atəş nəticəsində öldürüldü. Həmin ilin yay fəslində mən bir elmi araşdırmaya başladım. Mən, farsların amansız şəkildə bizə qarşı olan zidd hərəkətlərinin səbəbini anlamağa çalışdım. İstədim ki, farslar tərəfindən təhqir olunmağımıza duğusallıqdan uzaq və akademik bir üsulla elmi cavab tapım. Bundan sonra elmi araşdırmalara başladım və öz ixtisasım üzrə ədəbiyyat sosiologiyası çərçivəsində bir çox  mənbə əsərlərə müraciət etdim. Nəticədə iki qövmün Dədə Qurqud və Şahnamə əsərlərində əksini tapan ədəbi-epik mətnlərinə istinadən “fars və türk qövmlərinin klassik epik əsərlərinin sosioloji tədqiqi” kitabı ortalığa çıxdı”- deyə müəllif səhifəsində qeyd edib.

 

Kitabı yükləmək üçün tıklayın:

Birinci bölüm

İkinci bölüm

Üçüncü bölüm

Dördüncü bölüm

Beşinci bölüm

Altıncı bölüm

Yeddinci bölüm

Notlar

Qaynaq

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar