SON XƏBƏRLƏR

İranda universitetdən qovulmuş bəhayi tələbə fizika sahəsində böyük mükafat alan 2-ci qadın kimi tarixə düşüb

2021.10.20, 07:36
İranda universitetdən qovulmuş bəhayi tələbə fizika sahəsində böyük mükafat alan 2-ci qadın kimi tarixə düşüb

Gunaz.tv

GünAz TV: İran əsilli bəhayi qadın fizika sahəsində “Maye Mexanikası Mükafatı”nı qazanıb.

 

Adı Şəbnəm Rəayayi Ərdəkani olan həmin tələbə dünyada fizika sahəsində qeyd edilən mükafatı alan 2-ci qadın kimi tarixə düşüb.

 

Massaçusets Texnologiya İnstitutunun doktoru olan Şəbnəm Rəayayi Ərdəkani adlı xanım bəhayilik dininə etiqad etdiyi üçün İranda universitetdən qovulmuşdu.

 

Bakalavr dərəcəsində Şərif Texnologiya Universitetində təhsil alan xanım Ərdəkani sonra Amerikaya köçmüş və Massaçusets Texnologiya İnstitutuna qəbul olunmuşdu.

 

Doktorluq dissertasiyasını müdafiə edən Şəbnəm Rəayayi Ərdəkani yaxın zamanlarda elmi tədqiqatlar aparmaq üçün Harvard Universitetində elmi fəaliyyətə başlayacaq.

 

Qeyd etmək lazımdır ki, bəhayilər İranda ən çox repressiyaya məruz qalan dini azlıqlardan hesab edilirlər. Onlar təhsil almaq hüququndan məhrumdurlar. Bundan əlavə, bir çox hallarda təhlükəsizlik qüvvələri təzyiq əlaməti olaraq bəhayilərə məxsus gəlir yerlərini bağlayır, onların fəaliyyət göstərmələrinə əngəl olurlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar