SON XƏBƏRLƏR

İranda vəziyyət gərginləşir

2021.10.20, 07:36
İranda vəziyyət gərginləşir

Gunaz.tv
İranda vəziyyət gərginləşir tehran2.jpg Beynəlxalq iqtisadi snksiyalara məruz qalan ölkədəki siyasi-sosial böhran cəmiyyətdəki narazılığı artırıb İranda vəziyyət gündən-günə gərginləşir. Prezident Mahmud Əhmədinejadın yarıtmaz siyasəti ölkədə narazılığın daha da artmasına səbəb olub. Artıq ölkənin nüfuzlu şəxsləri müxalif mövqedən çıxış etməyə, xalqı prezidentə qarşı mübarizə aparmaq üçün birləşməyə çağırıb. Belə ki, İranın nüfuzlu dini liderlərindən sayılan, ayətullah Bayat Zəncani Mahmud Əhmədinejadı kəskin şəkildə tənqid edərək, onu xalqın iradəsilə hesablaşmamaqda günahlandırıb. Hazırkı prezidenti ölkə üçün ən böyük təhlükə sayan ayətullah onu insan haqlarını kobud şəkildə pozmaqda, onların azadlığını məhdudlaşdırmaqda, "Sepah"ın səlahiyyətlərini qanunsuz olaraq artırmaqda ittiham edib. Eyni zamanda Bayat Zəncani İranın liberal islahatçı siyasətçilərinə, o cümlədən sabiq prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmiyə müraciət edərək, onları 2009-cu il prezident seçkisində Mahmud Əhmədinejada qalib gəlmək üçün birləşməyə çağırıb. Turqut Ancaq bir neçə gün əvvəl İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyi isə xalqı Mahmud Əhmədinejadın ətrafında sıx birləşməyə çağıraraq, növbəti prezident seçkisində onun namizədliyini müdafiə edəcəyini bildirib. Ölkədə siyasi böhranın yaşandığı bir vaxtda iqtisadi tənəzzül də özünü büruzə verməkdədir. Artıq İranda əvvəlki illərlə müqayisədə mənzillərin qiymətləri ikiqat bahalaşıb, qida məhsullarının qiymətləri isə hər həftə qalxır. Ölkədə inflyasiyanın və işsizliyin səviyyəsi artır, daxili istehsalın səviyyəsi isə azalır. Binalar və torpaq sahələrini əsasən İslam İnqilabının Keşikçiləri Korpusunun ("Sepah") rəsmiləri, eləcə də ruhanilər istismar edir. Hökumətin yürütdüyü yarıtmaz siyasət nəticəsində ölkəyə daimi olaraq müxtəlif xidmətlər və texnologiya sahəsində etibarlı ticarət partnyorları cəlb edilməyib. Hökumət ölkənin müvafiq tələbatının ödənilməsi üçün enerji siyasətini lazımi səviyyədə qura bilməyib. Eyni zamanda benzinin talonla verilməsi və enerji tariflərinin qalxması İranın bu istiqamətdə yürütdüyü siyasətinin yanlış olduğunu üzə çıxarıb. İranın iqtisadi problemləri, eləcə də nüvə proqramıyla bağlı ölkənin aqressiv mövqeyi digər dövlətlərin İranla əməkdaşlıq etməyə həvəssiz yanaşmasına səbəb olub. Eyni zamanda ölkə iqtisadiyyatının hələ də anlaşılmaz vəziyyətdə və neqativ ünsürlərlə dolu olması fonunda xarici maliyyə institutlarının getdikcə öz sərmayələrini İrandan çıxarmağa çalışmaları müşahidə olunur. Ümumiyyətlə, Əhmədinejadın prezident seçilməsindən sonra İran iqtisadiyyatının hazırkı vəziyyətə düşməsində "Sepah"ın "böyük rolu" olub. Belə ki, iqtisadi sferada normal rəqabət yaradılmayıb, digər qurumlarla müqayisədə "Sepah"ın tabeliyində olan şirkətlərə xüsusi üstünlük verilib, korpusun zabitləri əsas iqtisadi güc mərkəzlərini qeyri-qanuni mənimsəyib. İran Mərkəzi Bankının rəsmi statistik məlumatlarında 2007-ci ilin sonlarında ölkədə inflyasiyanın səviyyəsinin 16,2 faizə qədər qalxdığı bildirilcə də, ancaq iqtisadi ekspertlərin təhlillərində bu rəqəmin 20 faizdən artıq olduğu qeyd olunur. Ötən illərlə müqayisədə işsizliyin səviyyəsi 12 faizdən artıq olub, gənclər arasında isə bu göstərici 25 faizə qalxıb. Orta hesablamalara görə, hazırda əhalinin aylıq əməkhaqqının 50-60 faizi kommunal xidmətlərə, qalanı isə minimum ərzaq tələbatlarının ödənilməsinə xərclənir. Son rəsmi statistik göstəricilərə əsasən, ticarət idxalı, ixracı və istehsalı üzrə Dünya Bankının tərtib etdiyi siyahıda 178 ölkə arasında İran 135-ci yeri tutub. Son hesablamalar hazırda beynəlxallq sanksiyalara məruz qalan İranın 25-30 faiz əhalisinin ərzaq qıtlığından əziyyət çəkməkdə olduğunu göstərir. ABŞ-ın İranın Millət, Saderat və Milli Bankının beynəlxalq terrorizmi maliyyələşdirən qurumlar olması barədə rəsmi bəyanat səsləndirməsi, son bir neçə ay ərzində Avropanın əsas banklarının İranla bank əməliyyatlarını dayandırması ölkənin bank sistemində böhranın yaranmasını şərtləndirib. Buna son zamanlar İran banklarının maliyyə əməliyyatlarını avro ilə həyata keçirməsi, habelə bir sıra xarici bankların İran bankları tərəfindən verilmiş akreditivləri qəbul etməkdən çəkinmələri və ölkədə adi maliyyə göndərişlərinin həyata keçirilməsindən imtina etmələri səbəb olub. İranın ən böyük iqtisadi partnyorlarından olan Çin və Cənubi Koreyanın da bu ölkəylə iqtisadi əməkdaşlıq sahəsində ehtiyatla davranması, hətta həmin ölkələrin biznes fəaliyyətlərində məhdudiyyətlərin tətbiq edilməsi qeydə alınıb. İranın valyuta fondunun toxunulmaz pul ehtiyatı 2007-ci ilin avqustundan noyabr ayınadək 10 milyard ABŞ dollarından 8 milyarda qədər azalıb. Bu dövr ərzində isə həmin fondun ehtiyatlarından dövlətin ehtiyacları üçün 2 milyard ABŞ dolları xərclənib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar