SON XƏBƏRLƏR

İranda yeni kütləvi etirazlar dalğası başlanılır. Parlament qarşısında toplaşanlara gözyaşardıcı qazdan istifadə edilib - FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
İranda yeni kütləvi etirazlar dalğası başlanılır. Parlament qarşısında toplaşanlara gözyaşardıcı qazdan istifadə edilib - FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranda ABŞ dollarının qiymətinin artması, milli valyutanın sürətlə dəyərdən düşməsi və bunun ölkə iqtisadiyyatına və insanların həyatına mənfi təsirinə qarşı etiraz əlaməti olaraq iyunun 25-də Tehranda və daha bir neçə şəhərdə hakim molla rejiminə qarşı kütləvi etirazlar keçirilib.

 

Tehranda ölkənin indiki ağır iqtisadi durumuna və rəsmilərin buna laqeyd münasibətrinə qarşı etiraza qalxan on minlərlə aksiyaçı paytaxtın üstü örtülü köhnə bazarı ətrafındakı küçələrdə və Baharistan meydanında İran parlamentinin qarşısında dinc kütləvi etirazlara qalxan aksiyaçılar hökumət qüvvələrinin hücumuna məruz qalıb. Hökumət qüvvələri öz tələblərini deputatların qulağına çatdırmaq istəyən dinc etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edib. Nəticədə polislə əhali arasında baş verən qarşıdurmada bir neçə nəfər bədən xəsarəti alıb, onlarla aksiyaçı tutulub.

 

Hökumət qüvvələrinin kobud müdaxiləsini görən etirazçılar, “Diktatora ölüm”, Suriyanı burax, bizə gün ağla”, “Nə Qəzzəni istəyirik, nə də Livanı, İrana canım qurban olsun”, “Xamneyiyə ölüm”, “İranlı! Yetər artıq, ayağa qalx və öz qeyrətini göstər” və digər şüarlar səsləndirən aksiyaçılar, ölkənin ağır iqtisadi durumuna, rejimin xarici iyasətinə və ölkədə baş alıb gedən bahalığa etiraz bildiriblər.

 

Rejimin ölkə əhalisinin acınaqcaqlı iqtisadi durumuna qarşı etirazlar, həmin gün İranın Şəhriyar, Kərəc, Qeşm adası, Bəndər Abbas və Məşhəd şəhərlərində də keçirilib.

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar