SON XƏBƏRLƏR

İranda yenidən etiraz yürüşləri başlayıb

2021.10.20, 07:36
İranda yenidən etiraz yürüşləri başlayıb

Gunaz.tv

GünAz TV: Tehran küçələrində nümayişçilər "Ya Hüseyn, Mir Hüseyn" qışqırıblar. Polis gözyaşardıcı qazla kütləni dağıtmağa çalışıb."

Reuters: Martın 1-də Tehran küçələrinə, meydanlarına müxalifətçilərdən qabaq təhlükəsizlik qüvvələri çıxarılıb. Onlar müxalifətin toplaşmasına elə əvvəlcədən imkan vermək istəmirlər.

Ancaq müxalifət nümayişə çıxıb və polislə toqquşmalar olub.

Reuters müxalifətin “Kaleme” saytına istinadla yazır ki, “Təhlükəsizlik qüvvələri və mülki geyimdə olanlarla nümayişçilər arasında qarşıdurmalar olub. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmağa çalışırdı”.

“Təhlükəsizlik qüvvələri nümayişi dağıtmaq üçün gözyaşardıcı qadan istifadə edir”.

Daha bir məlumata görə, Hökumət qüvvələri odlu silahdan havaya atəş açaraq gözyaşardıcı qaz və dəyənəklə aksiyaçıları dağıtmağa başlasalar da, buna nail ola bilməyiblər. Aksiyaçılar gözyaşardıcı qazı zərərsizləşdirmək üçün zibil yeşiklərini yandıraraq daş və dəyənəklə özlərini müdafiəyə qalxıblar. Hökumət qüvvələrinin 8 maşını yandırılıb.

“Diktatora ölüm”, “Mübarək, Bin Əli, sıran çatıb Seyid Əli”, “Diktator SON-a salam söylə”, “Siyasi məhbuslara azadlıq”, “Musəviyə, Kərrubiyə azadlıq”, “İslam respublikasına ölüm” və digər şüarlar səsləndirən aksiyaçılar ölkədəki mövcud vəziyyətə etiraz bildiriblər.

Tehranda 200-dən çox aksiyaçının tutulduğu bildirilir. İsfahan, Şiraz, Məşhəddə də aksiyalar keçirilib. Məşhəddəki etirazların daha qızğın alındığı vurğulanır.

 

Aksiyalardan reportaj hazırlamaq istəyən heç bir xarici jurnalistə hotellərdən küçəyə çıxmaq imkanı verilməyib, internetin sürəti minimuma endirilib, telefon xətlərində nasazlıq yaradılıb.

İranda müxalifətin martın 1-nə təyin olunan böyük nümayişi ərəfəsi müxalifət liderləri Musəvi və Kərrubi həbs olunublar. Bunu Mir Mehdi Musəviyə yaxın olan “Kaleme” internet saytı xəbər verib.

Sayt yazır ki, Musəvi və Kərrubi Tehrandakı həbsxanaya aparılıblar.

Onların həyat yoldaşları da həbsxanaya salınıb.

 

Misirdəki və Tunisdəki xalq üsyanlarını müdafiə edən 14 fevral nümayişlərindən sonra Musəvi və Kərrubi ev dustağı idilər. Ancaq qonşuların dediyinə görə, son günlər evdən çıxa bilirdilər.

 

“MÜXALİFƏTÇİLƏRİN HARDA OLMASI İRANIN DAXİLİ İŞİDİR”

 

İranın baş prokuroru iki müxalifət liderinin həbsxanaya aparılması xəbərini “düşmən” medianın “yalanı” adlandırıb.

Xarici işlər nazirliyinin sözçüsü Mehmanpərəst isə iki müxalifətçinin həbsini nə təkzib, nə də təsdiq edir.

O müxalifətçilərin harada olmasını da deməyib. Ancaq bildirib ki, bu, İranın daxili işidir.

Musəvinin hazırda Fransada olan köməkçisi Əmir Arcomand Fərda Radiosuna deyir:

 

“İki həftədir ki, İran hakimiyyəti Musəvini və Kərrubini elə vəziyyətə qoyub ki, onlar haqda etibarlı məlumat əldə etmək mümkün deyil. Ona görə çoxlu şayiə yaranır. Biz araşdırdıq və məlum oldu ki, Musəvi və Kərrubinin həbsxanaya göndərilməsi xəbəri doğrudur”.

 

Hakimiyyətin danmasını isə Kərrubinin ailəsi belə izah edir ki, bu, “müxalifətçilərlə qanunsuz, mənəviyyatsız və islama zidd davranışı pərdələmək cəhdidir”.

 

Günün əvvəlində isə İranın Dövlət Prokuroru Qulam Hüseyn Mohseni Ecei elan etdi ki, Musəvinin və Kərrubinin bütün xarici əlaqələri kəsilib: “birinci addım kimi, görüşlər, telefon danışıqları kimi əlaqələrin hamısı məhdudlaşdırılıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar