SON XƏBƏRLƏR

İranda yüngül təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb

2021.10.20, 07:36
İranda yüngül təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb

Gunaz.tv

GünAzTV: İranda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır bədən xəsarəti alıb.

 

Bu barədə, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, yüngül təyyarə, mayın 29-u, axşam saat 19:25 radələrində Tehranın “İmam Xomeyni” hava limanının yaxınlığında yerləşən Vəhnabad məntəqəsində naməlum səbəblər üzündən qəzaya uğrayıb. Qəza nəticədə pilot və köməkçisi yerindəcə həlak olub, 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Qəzanın, təyyarədə baş verən texniki nasazlıqdan baş verdiyi təxmin edilir. Hadisənin səbəbləri araşdırılır.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar