İrandan Azərbaycana 84 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - FOTO

2020-09-26 14:07

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Gunaz.tv Quote | Gunaz article

DSX-nin yaydığı məlumata görə, 25 sentyabr tarixində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib və həmin şəxslərə “dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar.  


Həmin ərazidə axtarış təd­birləri keçi­rilib. Axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən 1 nəfər şübhəli şəxs 4 ədəd bağlama ilə birlikdə saxlanılıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr (52 kq “tiryək”ə, 32 kq 650 qr “heroinə”ə, 10 qr “marixuana”ya və 120 ədəd  “metadon-40” həbinə) aşkar olunub.


Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşib.


Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.   


Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər - Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709-a çatıb

2020-10-31

gun az article

XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq

2020-10-30

gun az article

Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

2020-10-30

gun az article

Daha 9 kənd işğaldan azad edilib- FOTO

2020-10-30

gun az article

Baş prokuror: “Ermənistanın muzdlulardan istifadə etdiyi təsdiqlənib”

2020-10-30

gun az article

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

2020-10-30

gun az article

Hikmət Hacıyev: “Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”

2020-10-30

gun az article

Elman Rüstəmov: "Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

2020-10-30

gun az article

Amnesty International Bərdə terrorunda kasetli bombalardan istifadəni təsdiqlədi

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”

2020-10-30

gun az article

MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib - VİDEO

2020-10-30

gun az article

Ermənilərin Göygöl və Goranboya mərmi atması nəticəsində meşəlik ərazilərdə yanğın başlayıb

2020-10-30

gun az article

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

2020-10-30

gun az article

Ermənistanda son sutkada COVID-19-a 2 398 yoluxma qeydə alınıb, 28 nəfər ölüb

2020-10-30

gun az article

Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"

2020-10-30

gun az article

Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb

2020-10-30

gun az article

İsraillin Bakıdakı keçmiş səfiri Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”ni təklif edib- FOTO

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib

2020-10-30

gun az article

Ronaldinyodan Azərbaycana dəstək: “Qarabağ Azərbaycandır!” – VİDEO

2020-10-29