SON XƏBƏRLƏR

İrandan Azərbaycana daşınan 180 kiloqram narkotik tutulub

2021.10.20, 07:36
İrandan Azərbaycana daşınan 180 kiloqram narkotik tutulub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxsləri ifşa edərək zərərsizləşdirib, onlardan ümumilikdə 183 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Nazirliyin Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın iki vətəndaşı saxlanılıb, onların Mahaçqalaya göndərdikləri 91 kiloqram 300 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Nazirliyin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşından 16 kiloqrama yaxın narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Başqa əməliyyat tədbiri nəticəsində Azərbaycanın 3 vətəndaşı və şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından ibarət qrupdan 50 kiloqramdan artıq həşiş və 5 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. Keçirilən digər əməliyyat tədbiri nəticəsində Azərbaycanın digər vətəndaşından 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Milli Təhlükəsizlik nazirliyinin məlumatına görə. bütün hallarda narkotik vasitələr narkodilerlərə İrandakı partnyorları tərəfindən göndərilib. Bütün faktlar üzrə cinayət işləri başlanıb.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar