SON XƏBƏRLƏR

İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvləri 113 il müddətinə azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvləri 113 il müddətinə azadlıqdan məhrum edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin trendə istinadən yaydığı məlumata görə, İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvlərinə hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə cümə axşamı keçirilən prosesdə dəstə üzvləri- İran vətəndaşı Mikayıl Aslani 15 il, Azərbaycan vətəndaşları Etibar Əliyev 15, Tərlan Muradov 14, Etibar Mehrəliyev 15, Natiq Balayev 14, Rövşən Məmmədov 14, Ramin Səmədov 14 və Rza Əhmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Dəstə üzvləri 231 kiloqram həşişi Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər. Neftçala rayon sakini Etibar Mehrəliyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşlarının Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın narkotik vasitə olan həşişi 2008-ci il dekabrın 23-də "Qızılağac" Dövlət Qoruğu ərazisində yerləşən Kurkamen adasında onlardan qəbul edib, həmin narkotiki öz qayığı ilə daşıyaraq, Neftçalada dəniz sahilində gizlədib. Sonradan isə dəstənin digər üzvləri ilə birgə həmin ərazidən çıxarıblar. Milli Təhıükəsizlik Nazirliyi tərəfindən hazırlanmış xüsusi əməliyyat planı əsasında 2008-ci il dekabrın 25-də həyata keçirilən tədbirlər nəticəsində narkotik daşınan avtomobillər Lənkəran şəhərində saxlanılıb, onların yük yerindən 180 kiloqramdan artıq həşiş aşkarlanıb. Mehrəliyevin qardaşının evində gizlətdiyi daha 50 kiloqramdan çox həşiş də müsadirə edilib. Dövlət ittihamçısı məhkəmənin ötən iclasında dəstə üzvləri Etibar Əliyev, Mikayıl Aslanlı, Tərlan Muradov, Etibar Mehrəliyev, Natiq Balayev, Rövşən Məmmədov, Samir Səmədov və Rza Əhmədovun hər birinə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar