SON XƏBƏRLƏR

İrandan Azərbaycanın daxili işlərinə növbəti müdaxilə...

2021.10.20, 07:36
İrandan Azərbaycanın daxili işlərinə növbəti müdaxilə...

Gunaz.tv

GünAz TV: İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisituğgenelar (sərdar sərləşkər) seyid Həsən Fruzabadi təxribat xarakterli (mahiyyətli)  bəyanat verib.

 

GünAz TV mətbuat mərkəzinin MEHR xəbər agentliyinə (ajansına) istinadən yaydığı məlumata görə, İranınSilahlı Qüvvələrinin Baş Qərargah rəisituğgenelar  Seyid Həsən Fruzabadi, sözde Azərbaycanın antiislam əməllərinə qarşı bildirib ki, “Ümid edirik ki, İlham Əliyev cənabları dövlətinin əsas təməlini təşkil edən məsələlərə diqqət edəcəklər. Əks halda onu qara aqibət gözləyir və aran xalqını (diqqət: İran rəsmisi Quzey Azərbaycanı Güneydən ayırmaq üçün, ölkə əhalisini azərbaycanlı yox aranlı kimi təqdim edir) yatırmaq mümkün deyil.”

 

O əlavə edib ki, təssüflə yaxşı münasibət saxladığımız bəzi müsəlman və qonşu ölkələr dostluq meyarlarını qorumur, sionistlərin əllərini öz ölkələrinə açıq tutur və müsəlmanlar arasında ilahi əhkamın qadağasına dair göstəriş verirlər.

 

Firuzabadı vurğulayıb ki, mən bir daha xəbərdarlıq edirəm ki, aran xalqının (Azərbaycan xalqını nəzərdə tutur) damarlarında İran qanı axır və onların ürəyi islam, Quran və Əli (ə) eşqinə çırpınır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar