Bu gün 8 yanvar, səhər saatlarında Güney Astaranın Heyran gədiyində İran vasitəsilə Ermənistana göndərilən hərbi texnika, o cümlədən “Kamaz” maşınları görünüb.
Gunaz.tv
Bu hərbi texnika və hərbi yük maşınları Rusiyadan Xəzər dənizi vasitəsilə Ənzəli Limanına, oradan isə İran hökumətinin vasitəsi ilə Nurduz kömrüyündən Ermənistana ötürülür.
Qarabağın azadlığı uğrunda gedən müharibə dövründən fərqli olaraq indi Ermənistana texnika daşıyan Tırların üstü örtülü deyil.
Bilindiyi kimi müharibə dövründə Gürcüstanın quru və hava sərhədlərinin Rusiya üzünə bağlandığına görə, İranın Ermənistana silah və texnika dəstəyi Qarabağda əməliyyatlar zamanı və ondan sonrakı mərhələdə sürətlə davam edib.
Qeyd etmək lazımdır ki, Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusunun apardığı Vətən müharibəsi dövründə də İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana çoxlu sayda silah-sursat və hərbi ləvazimat göndərirdi. Buna etiraz olaraq güney azərbaycanlıların müxtəlif şəhərlərdə keçirdikləri bir neçə aksiya zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox insanı vəhşicəsinə döyərək həbs edib.
C.E