İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21 15:19

Bu günlərdə Ermənistanın rəsmi olaraq İsraildə səfirlik açması və İranın bu məsələ qarşısında səssiz qalması əsas müzakirə edilən məsələlərdən biridir.

Gunaz.tv Quote | Gunaz article

Bu səbəbdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dünən keçirdiyi mətbuat konfransı zamanı məsələyə çox qısa münasibət bildirməyə məcbur qalıb. 


Maraqlıdır ki, Azərbaycanın İsraillə dostluq münasibətləri və tərəfdaşlığını həmişə düşmənliklə qarşılayan, bu istiqamətdə sərt bəyanatlar verən və hətta daha da irəli gedərək ölkəmizi təhdid edən İran rəsmiləri Ermənistanın İsraildə səfirlik açmasına heç bir münasibət bildirməyiblər. 


Dünənki çıxışında İsrail əleyhinə şüarlar səsləndirən və bu ölkəni "işğalçı" adlandıran Səid Xətibzadə yalnız bildirib ki, səfirlik məsələsi ilə əlaqədar İranın mövqeyini Ermənistanın Tehrandakı səfirliyinin rəsmilərinə çatdırıblar. 


Azərbaycanın torpaqlarını işğal edən və hələ də təxribatçı addımlara əl ataraq azərbaycanlı sivilləri hədəfə alan Ermənistanla bağlı bir dəfə də olsun işğalçı sözünü işlətməyən sözçü Qarabağ münaqişənsinə də toxunub. Amma Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb etmək əvəzinə, yalnız "Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığı"nı və "problemin ancaq region ölkələri arasında danışıqlar aparmaqla həll tapa biləcəyi"ni iddia etməklə. 


Səid Xətibzadə sonda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Ermənistanın Prezidenti ilə telefon əlaqəsi saxladığını desə də, aparılmış danışıqların detalları ilə bağlı əlavə məlumat verməyib. 


Onun bu sözləri İranın "Mehr" agentliyində də dərc edilib. Lakin agentlik mətndə təxribatçı fikirlərə əl ataraq "O, (Səid Xətibzadə) Azərbaycanın işğal edilmiş torpaqlarda (İsrail-red) səfirlik açması və bu məsələnin Ermənistanla Azərbaycan arasındakı "regionun münaqişəsinə" təsirinə toxunaraq deyib" kimi cümlə yerləşdirib. 

 


İranda əsas və professional xəbər agentliklərindən biri sayılan "Mehr"in mətndə Ermənistanın İsraildə səfirlik açması əvəzinə, Azərbaycanın səfirlik açması sözlərini yerləşdirməsinin texniki səhv olduğunu düşünmək sadəlöhvlük olardı. Görünür, İran rejimi dəstək verdiyi işğalçı Ermənistan rejiminin İsraildə səfirlik açmasından elə də narahat deyil, amma bu istiqamətdə Azərbaycana xəbərdarlıq edərək rəsmi Bakı da analoji addım atsa, bunun Qarabağ münaqişəsinə təsir edəcəyi mesajını vermək istəyir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT-dən sərhəddəki gərginliklə bağlı açıqlama

2021-07-28

gun az article

ABŞ-dan Kəlbəcər açıqlaması

2021-07-29

gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28

gun az article

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə dəvət edir"

2021-07-28