Güney Azərbaycandan göndərilən videolardan İranın Ənzəli limanından Ermənistana Rusiya silah və texnikalarının göndərilməsinin davam etdiyi görünür.
Gunaz.tv
Filmlərdən birində güneyli fəal “Sarab yolunda çox sayda Rusiya hərbi Kamaz maşınlarının Ermənistana getdiyi”ni deyir.
Dekabr ayının 14-ü 2020-ci ildən Ənzəli limanı vasitəsilə Ermənistana göndərilən hərbi texnikanın sayının 150-dən çox olduğu deyilir.
Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı və ondan sonra İran vasitəsilə Ermənistana silah və hərbi texnika yardımı davam edib. Buna qarşı Güney Azərbaycanın bir çox şəhərində etiraz aksiyaları keçirilib.etirazlarda çox sayda güney azərbaycanlı İran hökumətinin təhlükəsizlik və polis məmurları tərəfindən saxlanılıb.
Onlar döyülüb və qanunsuz şəkildə qondarma ittihamlarla həbs ediliblər.
Tutuqlananlardan bir sırası ağır girovlar qarşılığında müvəqqəti azadlığa buraxılsalarda, bir çoxu neçə illik həbs və qamçı cəzasına məhkum ediliblər. Proses hələdə davam edir.
C.E