SON XƏBƏRLƏR

İrandan gətirilən həşiş Bakıda tutuldu

2021.10.20, 07:36
İrandan gətirilən həşiş Bakıda tutuldu

Gunaz.tv
İyunun 28-də Bakının Əzizbəyov rayonunda narkotik vasitələrin qaçaqmalçılığında təqsirləndirilən şəxs tutulub. Əzizbəyov Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxs Biləsuvar rayon sakini Emin Rüstəmovdur. Onun mənzilinə baxış zamanı 1 kq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. İlkin dindirmələr zamanı saxlanılan şəxs narkotik vasitəni İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycana keçirdiyini deyib. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Şəhriyar ƏLİZADƏ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar