SON XƏBƏRLƏR

İranı sıxışdıracaq ciddi hesabat hazırlanır

2021.10.20, 07:36
İranı sıxışdıracaq ciddi hesabat hazırlanır

Gunaz.tv

GünAz TV: Gələn həftə İran İslam Respublikasının nüvə proqramı ilə bağlı mühüm sənəd açıqlanacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı hazırladığını iddia edən hesabat təqdim etməyə hazırlaşır. İngiltərənin “Telegraph” qəzeti yazır ki, gələn həftə açıqlanacaq hesabatda İranın beynəlxalq sanksiyalara (təhrim, yaptırım) baxmayaraq, qadağa qoyulmuş obyektlərdə (təsisat) nüvə silahı hazırladığını və onu sınaqdan keçirməsi ilə bağlı məlumatlar yer alacaq.

 

 Bundan başqa İngiltərə qəzeti yazır ki, hesabatda İranın nüvə silahı istehsal etməsi konkret (açıq, müşəxxəs) şəkildə ifadə olunmayacaq, lakin qeyd ediləcək məlumatlar əsasında məhz belə bir nəticənin əmələ gələcəyi qeyd olunacaq.

 

 Qərb diplomatlarının fikrincə, MAQATE-nin kəşfiyyat hesabatları, iranlı mühəndislərlə bağlı hazırlanan reportajlar (quzarişlər), yerlərdə əldə edilən məlumatlar İranın nüvə enerjisi istehsal etməsi ilə paralel (muvazi) olaraq nüvə proqramını da icra etdiyini qeyd edəcəklər.

 

 Qərb başda Barak Obama olmaqla, İranın nüvə proqramı ilə bağlı olduqca narahatlıq keçirdiyini ifadə edir. İran isə öz növbəsində nüvədən enerji əldə etmək üçün istifadə etdiyini iddia edir.

 

 Barak Obama Kann şəhərində keçirilən “G-20” sammiti (zirvə görüş) zamanı jurnalistlərə açıqlamasında bildirib ki, İranın nüvə proqramına görə Tehrana təsir göstərmək məqsədi ilə Fransa prezidenti Nikolya Sarkozi ilə razılığa gəlib. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar