SON XƏBƏRLƏR

İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi etiraz aksiyası çeçirilib. Həbs olunanlar var – FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi etiraz aksiyası çeçirilib. Həbs olunanlar var – FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünazTV: Mayın 2-si “Müəllim Günü” münasibətilə İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi dinc etiraz aksiyası keçirilib.

 

İran müəllimlərinin müxtəlif peşə təşkilatlarının təşəbbüsü ilə Tehran, Yəzd, Həmədan, Mazandaran, Rəzəvi Xorasan, Cənubi Xorasan, Kirmanşah, İsfahan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Əlbürz, Gilan və digər əyalətlərdə keçirilən etirazlara minlərlə müəllim qatılıb.

 

Dinc etirazlarda müəllimlər yazılı plakatlar qaldırıb şüarlar səsləndirərək, maaşlarının artırılmasını, bir neçə aydır gecikdirilmiş maaşlarının ödənilməsini, təhsildə ayrı-seçkiliyə son qoyulmasını, təhsilin ana dilində aparılmasını, müəllimlərin peşə sığortası ilə bağlı problemlərin aradan qaldırılmasını, həbs edilən həmkarlarının azadlığa buraxılmasını və digər tələblərini irəli sürüblər.

 

Tehranda isə İranın mülki geyimli təhlükəsizlik qüvvələri müəllimlərin dinc aksiyasına hücum edərək, bir neçə etirazçını tutub naməlum istiqamətə aparıblar. Həbs edilənlər arasında tanınmış müəllim nümayəndələrindən olan Rəsul Budaqi və Məhəmməd Tağı Fəllahinin də var. Onların hazırda Tehranın Vozəra həbsxanasında saxlandığı təxmin edilir.

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar