İranın 4+1 qrupu ilə Amerikanın nüvə sazişinə qayıtması barədə müzakirəsi başa çatıb

2021-04-02 16:24

Bu gün İranın 4+1 qrupu ilə Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması barədə video-konfrans şəklində virtual qaydada keçirlən iclası başa çatıb.

Gunaz.tv Quote | Gunaz article

Avropa Birliyinin təşəbbüsü ilə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri arasında keçirilən iclasa Avropa heyətinə AB-nin xarici siyasət məsulu Josep Borrell-in müavini, ispaniyalı diplomat Enrike Mora, İran heyətinə isə Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin müavini Abbas Əraqçi başçılıq edib.


İclasda qarşı tərəflər 2015-ci ildə imzalanmış nüvə razılaşmasının perspektivi və Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması şərtləri müzakirə edilsə də, danışıqların detalları mediaya açıqlanmayıb.


Danışıqlarda Abbas Əraqçi bir daha İranın mövqeyini açıqlayaraq, Amerikanın hər hansı bir müzakirədən əvvəl ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli olduğunu bildirib.


İclasa qatılan Rusiya nümayəndəsi Mixail Ulyanov isə şəxsi Twitter səhifəsində paylaşım edərək, nüvə sazişini imzalamış tərəflərin qarşısında duran yolun o qədər də asan və rahat olmadığını deyib.


“Bu danışıqlar davam edəcək və bütün tərəflər düzgün yolu seçiblər. Lakin problemlərin həlli üçün qarşıdakı yol çox da asan yol deyil və hesab edirəm ki, bunun üçün ikiqat çalışmaq lazımdır”, -deyə Rusiya nümayəndəsi Mixail Ulyanov  "Twitter" hesabında etdiyi paylaşımında bildirib. 


Alınan qərara görə, 4+1 qrupuna üzv ölkələrin (Rusiya, Çin, Fransa və Almaniya) İranla növbəti danışıqları aprelin 6-da Vyanada üz-üzə aparılacaq. 

مذاکره برجام

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15