SON XƏBƏRLƏR

İranın "Adrian Dərya 1" tankeri Suriya sahillərinə yaxınlaşıb

2021.10.20, 07:36
İranın "Adrian Dərya 1" tankeri Suriya sahillərinə yaxınlaşıb

Gunaz.tv

GünAz TV: "Marine Traffik" naviqasiya şirkəti İranın "Adrian Dərya 1" tankerinin öz sürətini azaltmaqla, Suriya sahillərinə 92 kilometrə qədər yaxınlaşdığı barədə məlumat və fotolar yayıb.

 

Şirkətin öz rəsmi saytında dərc etdiyi məlumata əsasən, gəminin siqnal sistemi gedəcək yer və hərəkət trayektoriyası barədə xəbər ötürmür.

 

İçərisində 2.1 milyon barel neft olan bu gəmi iyul ayının əvvəllərində Cəbəli-Tariq tərəfindən saxlanmış və təqribən 45 gündən sonra İrandan zəmanət alınaraq, buraxılmışdı. Həmin gündən etibarən gəmi bir neçə dəfə öz hərəkət trayektoriyasını dəyişib.

 

Tanker ilkin olaraq Yunanıstan istiqamətdə üzdüyünü göstərsə də, bu ölkənin sularına yaxınlaşdıqdan sonra hərəkət istiqamətini Türkiyəyə dəyişmiş, Türkiyəyə yaxınlaşdıqdan sonra yenə də cənub istiqamətinə yön almışdı. Bundan sonra tenkerin siqnal sistemi gediləcək yer kimi heç bir ölkə limanını göstərmir.

 

Xatırladaq ki, əvvəlcə adı "Grace 1" olan, sonra "Adrian Dərya 1"-ə dəyişdirilən gəmi Cəbəli-Tariqdə saxlanan zaman İran rəsmən onun Suriyaya getmədiyini bəyan etmişdi.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo avqustun 30-da etdiyi çıxışda ölkəsinin adı çəkilən gəminin Suriyanın Tartus limanına getdiyi barədə əlində etibarlı məlumatların olduğunu demişdi.

 

"İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu tankerin Suriyaya doğru istiqamətlənməyəcəyilə bağlı zəmanət verib, amma Zərifə inanmaq böyük yanlışdır"- deyə Pompeo vurğulamışdı.

 

ABŞ xəbərdarlıq edib ki, sözügedən gəmiyə birbaşa və ya dolayısı ilə kömək edən hər bir şəxs və ya quruma qarşı tədbir görəcək.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar