SON XƏBƏRLƏR

İranın Ali Məsləhət Şurası “Palermo” layihələrinin araşdırılması prosesini dayandırıb

2021.10.20, 07:36
İranın Ali Məsləhət Şurası “Palermo” layihələrinin araşdırılması prosesini dayandırıb

Gunaz.tv

GünAz TV: İranın Ali Məshələt Şurasının üzvü Qulamrza Misbahi Müqəddəm təmsil etdiyi qurumun “Palermo” layihələrinin qəbulunun araşdırılması prosesini dayandırdığını bəyan edib.

 

O bildirib ki, Şuraya “Palermo” layihələrinin İranın siyasətləri ilə uyğunluğunun araşdırılması üçün verilmiş 1 illik müddət başa çatıb. Lakin bu müddət ərzində Şura həmin layihələrin İranın “mənafeyinə uyğun olmadığı” qənaətinə gəldiyinə görə, “Palermo” ətrafında araşdırmalarını dayandırıb.

 

Misbahi Müqəddəm çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə konvensiyanı (CFT) imzalamağın araşdırılması üçün Ali Məshələt Şurasına verilən müddətin isə hələ başa çatmadığını deyib.

 

“Ölkənin tarixində ən güclü sanksiyalara məruz qaldığı bir vaxtda özünə qarşı sanksiya qəbul etmək anlamına gələn bu cür konvensiyalara qoşulmaq, eləcə də Amerikanın İranın maliyyə münasibətlərini məhdudlaşdırmağa çalışdığı müddətdə mali sistemi şəffaflaşdırmaq ölkənin xeyrinə deyil”, - deyə Qulamrza Misbahi Müqəddəm iddia edib.

 

Qeyd etmək lazımdır ki, İranda 1 ildir FATF layihələrinə qoşulmaqla bağlı ciddi fikir ayrılıqları hökm sürür. “Dini lider” Əli Xamneyi və “Sepah”a yaxın olan mühafizəkar siyasətçilər özləri də çirkli pul yuma işləri ilə geniş şəkildə məşğul olduqları üçün konvensiyaların qəbul edilməsinə qarşı çıxırlar. Hətta onlardan bir çoxu etiraf edir ki, konvensiyaya qoşulmaq İranın regionda Hizbullah kimi yaraqlı və terror dəstələrinə maliyyə köməyi göstərməsinin qarşısını alacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar