SON XƏBƏRLƏR

İranın baş prokuroru: “Ölkə əməlli-başlı bir iqtisadi müharibə ilə üz-üzə qalıb”

2021.10.20, 07:36
İranın baş prokuroru: “Ölkə əməlli-başlı bir iqtisadi müharibə ilə üz-üzə qalıb”

Gunaz.tv

GünAzTV: İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri yanvarın 9-da Məşhəddə bir sıra yerli rəsmilərlə keçirilən görüşdə çıxış edərək, ölkənin ağır və təhlükəli iqtisadi durumu barədə ciddi xəbərdarlıq bildirib.

 

Axund Müntəziri deyib ki, hazırda ölkənin iqtisadi durumu heç də ürək açan deyil: “Bu gün ölkəmiz əməlli-başlı bir iqtisadi müharibə ilə üz-üzə qalıb və xarici düşmən bütün gücünü toplayaraq, islam respublikasını devirməyə çalışır. Hamı bilməlidir ki, əgər bir ölkə ardıcıl olaraq, ciddi iqtisadi böhran və çətinliklərlə üzləşərsə, onun ayaq üstdə qalıb davam gətirməsinə artıq ümid bağlamaq mümkün deyil.

 

Düşmənlərimiz ölkəmizə qarşı hərbi seçim variantını artıq masa üzərindən götürüblər. Çünki yaxşı başa düşürlər ki, bu mümkün deyil və onların buna gücləri də çatmaz. Lakin onlar hərbi seçim variantını masa üzərindən götürsələr də, ölkəmizə qarşı yeni bir cəbhə yaradıblar. Bu isə ölkəmizə qarşı iqtisadi savaş cəbhəsidir.

 

Ölkənin indiki iqtisadi durumu heç də ürək açan deyil. Hesab edirəm ki, məsul şəxslər ölkənin üzləşdiyi mövcud iqtisadi çətinlikləri aradan qaldırmaq üçün təcilli qərarlar qəbul etməlidirlər. Bütün rəsmilər yaxşı bilirlər ki, iqtisadi savaşda hərbi şəraitin tətbiq olunması vacibdir. Hamımız bilməliyik ki, iqtisadi problemləri şüar vermək və ya uzunmüddətli qərarlar qəbul etmək yolu ilə həll etmək mümkün deyil”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar