SON XƏBƏRLƏR

İranın baş prokuroru “pis hicablılıq” və “hicabsızlığ”ı rejimin “qırmızı xətti” adlandırıb

2021.10.20, 07:36
İranın baş prokuroru “pis hicablılıq” və “hicabsızlığ”ı rejimin “qırmızı xətti” adlandırıb

Gunaz.tv

GünAz TV: İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri “pis hicablılıq” və “hicabsızlığ”ı rejimin “qırmızı xətti” adlandırıb.

 

O, İran polisi və məhkəmə orqanlarının “özbaşınalıq” adlandırdığı qadınların “pis hicab taxması” və ya “hicab taxmaması” qarşısında ən sərt şəkildə davranacağını deyib.

 

Məhəmməd Cəfər Müntəziri Qərbi ölkədə “namus” və “hicab” məsələlərinə qarşı təbliğat aparmaq və bu istiqamətdə ictimai fikir formalaşdırmaqda ittiham edib.

 

Qeyd etmək lazımdır ki, hər il yay fəslinin gəlməsi ilə İran polisinin qadınlara qarşı amansızlığı daha da şiddətlənir. Polis “pis hicablılar” və “hicabsızlar” adlandırdığı qadınları həbs edir. Saxlanılanlar çox vaxt bir neçə il həbsə və cəriməyə məhkum edilirlər.

 

Digər tərəfdən, İran son illər ərzində cəmiyyət arasında məcburi hicaba qarşı etirazlar geniş vüsət alıb. Bu müddət ərzində küçələrdə hicabsız gəzən onlarla qadın polis tərəfindən tutulub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar