SON XƏBƏRLƏR

İranın baş prokuroru qadınları döyən polisləri dəstəkləyəcəyini deyib

2021.10.20, 07:36
İranın baş prokuroru qadınları döyən polisləri dəstəkləyəcəyini deyib

Gunaz.tv

GünAz TV: İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri polisin “pis hicablı” qadınlara qarşı zorakılığını “haqlı” adlandırıb.

 

O, Tehran Polis Komandanlığının toplantısında etdiyi çıxışda polisləri insanların onların addımlarına münasibətinə fikir verməməyə çağırıb. Baş prokurorun sözlərinə görə, insanlar bununla polisə təzyiq göstərməyə, onları “əxlaq və ictimai təhlükəsizliyi” təmin etməkdən və “normaları pozanlarla” mübarizə aparmaqdan çəkindirməyə çağırırlar. Müntəziri polisləri insanların reaksiyalarına təslim olmamağa çağırıb.

 

Baş prokuror həmçinin əlavə edib ki, məhkəmə sistemi “normaları pozanlar”a qarşı mübarizədə atılan hər bir addımda polisi dəstəkləyəcək.

 

Xatırladaq ki, iyun ayının sonlarında Tehranın polis parkında polis əməkdaşlarının 1 cavan qadını döyərək, zorla maşına mindirdiklərini əks etdirən video yayılmışdı. İran polisinin hər zamankı kimi qadınlara qarşı bu cür şiddət göstərməsi sosial şəbəkə istifadəçiləri arasında böyük hiddətə səbəb olmuşdu. Nəticədə ölkə rəsmilərindən bir çoxu hadisə ilə bağlı açıqlama verməyə məcbur olmuşdular.

Məhəmməd Cəfər Müntəziri sonda insanlara müraciət edərək deyib: “Qanunları pozanlar bilməlidirlər ki, bu cür videolar paylaşmaqla, polisin statusuna kölgə sala bilməyəcəklər.”

 

Qeyd edək ki, məcburi hicab məsələsinə görə polis tərəfindən döyülən qadının videosuyla bağlı Tehranın polis rəisi Hüseyn Rəhimi açıqlama vermişdi. Rəhimi qadını döyən 2 polisin işdən kənarlaşdırılması ilə bağlı göstəriş verdiyini desə də, 1 neçə saat sonra təmsil etdiyin qurumun mətbuat xidməti rəisin göstərişinin icrasının dayandırıldığı barədə məlumat yayılmışdı.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez məcburi hicaba riayət etməyən qadınların polis tərəfindən döyülməsi halları müşahidə edilir. Xüsusilə də, yay aylarının gəlməsi və havanın tempraturunun qızması ilə bu hallar daha da geniş vüsət alır.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar