SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 1 məhkum edam edilib.

 

Bu barədə Hormozqan əyalətinin ədliyyə təşkilatının baş direktoru Əli Salehi avqustun 25-də jurnalistlərə açıqlama verib. O deyib ki, ölkənin bir sıra əyalətlərində və bəzi qonşu ölkələrdə “Huşəng bandası” adı ilə tanınan və narkotik ticarəti ilə məşğul olan dəstə başçısı məhkəmə tərəfindən ölümə məhkum edilərək Bəndər Abbasın mərkəzi zindanında dara çəkilib.

 

Əli Salehi “banda başçısı”nın kimliyini və onun konkret nə vaxt edam edildiyini açıqlamayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar