SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə vaxt əvvəl altı şəxs arasında məişət zəminində baş vermiş kütləvi bir davada istəmədən qətl törədən 39 yaşlı məhkum Söhrab Tacmehr, iyunun 30-u sübh saatlarında Bəndər Abbas zindanının həyətində dara çəkilib. Məhkum, son ana qədər günahsız olduğunu, əsl qatilin ölkədən qaçaqraq hazırda Yunanistanda yaşadığını bildirsə də, ona dediklərini sübuta yetmək üçün fürsət verilməyib və barəsində çıxarılmış ölüm hökmü yerinə yetirilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar