İranın bir sıra rəsmiləri nüvə aliminin öldürülməsinə reaksiya verib

2020-11-28 13:04

İranın bir sıra rəsmiləri ayrı-ayrılıqda bəyanatlar yayaraq tanınmış nüvə alimi Möhsün Fəxrizadə Mahabadinin dünən naməlum şəxslərin silahlı hücumunda öldürülməsinə reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article


İranın xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 28-də “Tvitter” səhifəsində etdiyi paylaşımda Möhsün Fəxrizadəyə qarşı həyata keçirilən sui-qəsdin İsrail tərəfindən gerçəkləşdirdiyini bildirib: “Bu qorxaq addımda israillilərin ciddi rolu barədə nişanələr var. Bu isə cinayətkarların müharibəyə təhrikini göstərir”, –deyə Məhəmmədcava Zərif bildirib.


İranın müdafiə naziri Əmir Hatəmi isə öz “Tvitter” hesabında etdiyi paylaşımda məsələyə belə münasibət bildirib: “Düşmənin ölkəmizin nüvə alimlərini görməyə gözü yoxdur və buna dözə bilmir. Məhz həmin səbəbə görə də alimlərimizin qətlə yetirilməsi onların bizə qarşı nifrətinin dərinliyindən xəbər verir”, -deyə, İranın müdafiə naziri Əmir Hatəmi bildirib.


İran İslam Respublikası liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan “Tvitter”də etdiyi paylaşımında nüvə aliminin qatillərindən intiqam alacaqlarını bildirib: “Biz, ildırım kimi bu məzlum şəhidin qatillərinin başı üstünə qonacaq, onları öz əməllərindən peşman edəcəyik”,- deyə, Hüseyn Dehqan vurğulayıb. 


Həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri məsələyə münasibət bildirərək, nüvə aliminə qarşı sui-qəsdi gerçəkləşdirənləri “ağır intiqam gözlədiyini” bildirib.


İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandanı Hüseyn Səlami isə mediaya açıqlamasında Möhsün Fəxrizadəyə qarşı terror aktı törədənlərdən “intiqam alınması” məsələsinin gündəmə gətirildiyini bəyan edib. 


Xatırladaq ki, “Sepah”ın yüksək səviyyəli zabitlərindən olan, İranın “nüvə proqramının atası” kimi tanınan Möhsün Fəxrizadə Mahabadi noyabrın 27-si günorta saatlarında Tehranın yaxınlığındakı “Dəməvənd” bölgəsinin “Absərd” məntəqəsində beş-altı naməlum silahlı şəxsin hücumuna məruz qalaraq öldürülüb.


Silahlı şəxslər əvvəlcə şəxsi mühafizəçilərinin iki avtomobilinin müşayiəti ilə hərəkət edən nüvə aliminin avtomobili yanında bomba dolu “Nissan” markalı bir avtomobili partladaraq, Möhsün Fəxrizadəni aparan maşını dayandırıblar. Sonra isə 5-6 nəfər olduqları bildirilən hücumçular hər iki tərəfdən onun avtomobilini atəşə tutublar. 


Hücumçular hadisə yerindən qaça bilsələr də, onlardan birinin yaxalandığı bildirilir. Bir neçə güllə yarası alan nüvə alimi hadisə yerinə gələn helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. 


İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəisi vəzifəsində çalışan və beynəlxalq aləmdə İranın nüvə proqramının “sirli adamı” kimi tanınan Möhsün Fəxrizadənin adı bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısına salınmışdı.


 A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21

gun az article

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

2021-01-21

gun az article

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

2021-01-21

gun az article

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

2021-01-21

gun az article

İranda koronavirusdan daha 93 nəfər ölüb, 6 204 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-21

gun az article

Lloyd Austin: “İran regiondakı qüvvələrimizə və müttəfiqlərimizə qarşı bir təhdiddir”

2021-01-21

gun az article

Ağ Evin yeni sözçüsü: “Bayden İranla bağlı ABŞ müttəfiqləri ilə məsləhətləşəcək”

2021-01-21

gun az article

Ərdoğan: “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”

2021-01-21

gun az article

Ölkə əhalisinin sayı AÇIQLANDI

2021-01-21

gun az article

İran XİN başçısı Azərbaycana səfər edəcək

2021-01-21

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI

2021-01-21

gun az article

Co Bayden and içdi – Fotolar və VİDEO

2021-01-21

gun az article

GünazTV Jan.20.2021 : “Tramp Ağ Evdən gedir, Bayden isə gəlir”

2021-01-20

gun az article

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

2021-01-20

gun az article

Azərbaycan xalqı şəhidlərini yad edir - FOTOLAR

2021-01-20

gun az article

Ruhani Amerikanın yeni hökumətini nüvə sazişinə qayıtmağa çağırıb: “Bu gün top Vaşinqtonun meydançasındadır”

2021-01-20

gun az article

İranda daha 84 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 57 000 nəfəri keçib (Rəsmi statistika)

2021-01-20

gun az article

İranda sərnişin avtobusnun TIR-la toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

2021-01-20

gun az article

İran Donald Trampa və Amerikanın daha 9 rəsmisinə qarşı sanksiya qoyub

2021-01-20

gun az article

Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

2021-01-20