SON XƏBƏRLƏR

İranın Brucerd şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Brucerd şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib. Ölüm hökmü bir ay əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə həbs edilən və barəsində ölüm hpkmü çıxarılmış 37 yaşlı məhkum Torənc Feyzi avqustun 8-də Brucerd şəhərinin zindanında dara çəkilib. Edam edilən məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar