SON XƏBƏRLƏR

İranın Brucerd və Şiraz şəhərlərində biri qadın olmaqla daha 3 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Brucerd və Şiraz şəhərlərində biri qadın olmaqla daha 3 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə, qəsdən adamöldürmədə və digər ittiamlarda günahlandırılaraq ölümə məhkum edilimiş daha 3 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl naməlum səbəbə görə nişanlısını qətlə yetirdiyinə görə qəsdən adamöldürmədə günahlandırılan 29 yaşlı məhkum Məlihə Hacı Həsəni, yanvarın 14-ü sübh saatlarında Şirazın mərkəzi zindanında dara çəkilib. Məhkum, dörd gün əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

Yayılan məlumata əsasən, 2 məhkum da yanvarın 16-da Brucerd zindanında dar ağacından asılıblar. Onlardan biri, 31 yaşlı məhkum Heşmət Şeyxani, dörd il əvvəl bacısının elçisini qətlə yetirməkdə təqsirli bilinib. Edam edilən digər məhkumun adı və nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar