SON XƏBƏRLƏR

İranın bütün əyalət televizilarında fars dilində uşaq proqramı yayınlanmasına göstəriş verilib

2021.10.20, 07:36
İranın bütün əyalət televizilarında fars dilində uşaq proqramı yayınlanmasına göstəriş verilib

Gunaz.tv

GünAz TV: İran Dövlət Teleradio Şirkətinin Gilan əyaləti şöbəsinin rəhbəri Məhəmmədbağır Bağırzadə əyalət televiziyalarında fars dilində uşaq proqramının yayınlanmasının icbari olduğunu və bununla bağlı göstərişin verildiyini deyib.

 

O, media nümayəndələri üçün təşkil etdiyi brifinqdə bu göstərişin Tehrandan verildiyini etiraf edib.

 

Bağırzadə Gilanın "Baran" TV-sində fars dilində uşaq proqramı verilməsi barədə bildirib ki, bu qərar bütün ölkəyə şamildir və digər əyalətlər də qərara əməl etməlidirlər.

 

Güney Azərbaycan televiziyalarında da son dövrlər fars dilində uşaq verilişlərinin yayınlanması halları çoxalıb.

 

İran rejiminin assimiliyasiya siyasətini icra edən əsas alətlərindən biri Dövlət Teleradio Şirkəti bu yolla qeyri-fars uşaqları farslaşdırmağa cəhd göstərir. Görünür ki, bu proses uşaqların məktəbdə təhsilə başlamazdan öncə evlərində televiziya vasitəsilə assimiliyasiyaya uğradılması halını alıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar