İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23 15:24

İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında olan qurumlar ötən aylar ərzində Azərbaycan adını əyalətlərdən silmək, onu saxta "Azər" sözü ilə əvəz etmək üçün dəridən- qabıqdan çıxırlar.

Gunaz.tv Quote | Gunaz article

Bu addım İranın cavan Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin Azərbaycan xalqının milli kimliyi ilə düşmənliyinin açıq- aşkar göstəricisidir. 


Koronavirusun İranda yayıldığı son bir neçə ay ərzində iranlı rəsmilər tərəfindən Güney Azərbaycan əyalətlərinə "Qərbi Azər" və "Şərqi Azər" kimi saxta adlar da icad edilib. 


Bu sözləri icad edənlər, görünür, öz-özlüyündə Güney Azərbaycan Xalqının kasıblıq və korona ilə həyatda qalmaq uğrunda apardığı çətin mübarizə dövründə fürsətdən istifadə edib, Azərbaycanın adını saxtalaşdırıb birdəfəlik tarixdən silməyi düşünüblər. Daha öncə də Tehran rejiminin rəsmiləri bu istiqamətdə addım ataraq, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin yalnız baş hərflərini abbreviasiya kimi yazsalar da, istənilən nəticəyə çata bilməyiblər. 


Bir neçə ay öncə Tehran hökumətinin nazirliklərinə bağlı bir qrup təşkilat koordinasiyalı şəkildə Güney Azərbaycan Xalqının öz Türk sözləri, adları və milli kimlikləri, xüsusən də Azərbaycan adı ilə bağlı həssasiyyətlərinə heç bir əhəmiyyət vermədən sənədlərində Azərbaycan adını saxtalaşdıraraq, "Az" kəlməsindən istifadə etməyə başlayıblar. 


İran rəsmiləri ilk vaxtda bunu yazı və abbreviasiya səhvi adlandırsalar da, sonradan bu "səhv" nəinki düzəldilmədi, əksinə digər qurum və təşkilatlar da bu saxtalaşdırma kampaniyasına qoşuldular. Belə ki, banklar, Səhiyyə Nazirliyi, Poçt İdarəsi və digər qurumlar da bu addan istifadə etməyə başladılar. Bu isə göstərir ki, İran rejimi Azərbaycan adını saxtalaşdırmağa və onu yaddaşlardan silməyə and içib...


Bu saxta addan istifadə etməkdə ən çox canfəşanlıq göstərən İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bağlı qurumlardır. Görünür, bəlkə də əslən fars olan və Azərbaycanla heç bir bağlılığı olmayan səriştəsiz cavan Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi özünə o qədər vurğundur ki, adında olan Azəri kəliməsini toponimlərə əlavə etmək istəyir. O, bir müddət əvvəl bu saxta adı istifadə edən Tehran hökumətinin ilk rəsmilərindən biridir. Bu cavan və səriştəsiz nazir həmin vaxt "İnstagram" səhifəsinin "Story" bölməsində paylaşdığı məlumatda Güney Azərbaycan əyalətlərinin adını "Azər" kimi təqdim etmişdi. Güney azərbaycanlıların sosial şəbəkələrdə bu hala etiraz etməsinə baxmayaraq, Azəri Cəhromi nəinki öz "səhvini" düzəltməyib, əksinə onun rəhbərlik etdiyi Nazirliyə bağlı qurumlar və mobil operatorlar da bu "ənənəni" davam etdirməyə başlayıblar.


İlk vaxtlarda bəzi rəsmi şəxslər "Azər"in yalnız Şərqi və Qərbi Azərbaycan əyalətlərinin adlarının qısaldılmış forması olduğunu iddia etsələr də, lakin Rabitə və İnformasiya Nazirliyinin saytına baxdıqda, görmək olar ki, hər bir məlumatda bu sözdən istifadə edilib. Bu isə "qısaltma"dan yox, İran rejiminin Azərbaycan adını saxtalaşdırma niyyətindən xəbər verir. 


Gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı haqqında məlumatlar da yayılan bu cavan nazirin niyə Azərbaycan Xalqı və milli kimliyi ilə düşmənlik etdiyi məlum deyil. 

 

 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22

gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21