SON XƏBƏRLƏR

İranın Daxili İşlər naziri xalqı təhdid etdi: "Artıq heç kimə göz yummayacağıq"

2021.10.20, 07:36
İranın Daxili İşlər naziri xalqı təhdid etdi: "Artıq heç kimə göz yummayacağıq"

Gunaz.tv

GünAz TV: İranın Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli benzinin 3 dəfə bahalaşmasına etiraz edən xalqı təhdid edib.

 

O, artıq təhlükəsizlik qüvvələrinin heç nəyə göz yummayacağını, etiraza çıxan hər kəsi cəzalandıracağını deyib.

 

Nazir bu ana qədər polislərin insanlarla "təmkinlə davrandığı"nı iddia edib.

 

"Bu ana qədər etirazçılara göz yumulurdu. Lakin onlar bəzi şəhərlərdə xoşagəlməz addımlar atdılar. Bu halların davam edəcəyi təqdirdə, polis və təhlükəsizlik orqanlarına təmkinə son verib, lazım olan tədbirləri görməklə bağlı göstəriş verilib", - deyə Əbdürrza Rəhmani əlavə edib.

 

Nazirin "göz yummaq" və "təmkin"lə bağlı iddialarının əksinə olaraq, keçirilən etiraz aksiyaları nəticəsində polisin onlarla vətəndaşı güllələyərək öldürməsi barədə məlumatlar yayılıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar